Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“SƏN MÜDAFİƏ NAZİRİSƏN!...” – Milli Məclisdə Zakir Həsənov və Nəcməddin Sadıkov tənqid olundu

31-05-2020, 19:48   


Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu tənqid edib.

APA-nın məlumatına görə, deputat çıxışında Zakir Həsənovu və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun Azərbaycan dilini təmiz bilmədiyini bildirib: “Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Zakir Həsənov da, Baş Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca yaxşı danışa bilmirlər”.

Deputat separatçı rejiminin yeni “rəhbəri”nin Şuşada “inauqurasiya” mərasiminin keçirilməsinə də toxunub: “Biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. Sən müdafiə nazirisən. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”.

Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, ehtiyac yaransa, Müdafiə naziri MM-ə dəvət olunar, o da təkliflərini verər: “Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Bu, artıq müharibənin başlanması deməkdir. Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana atmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provokasiyaya getmək olmaz. Bu, uşaq oyuncağı deyil. Ermənistan şou düzəldir. Beynəlxalq aləm bilir ki, Paşinyanın ora gəlməsi də şoudur. Biz bu məsələdə çox soyuqqanlılıqla düzgün qərar qəbul etməliyik. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik. Bu məsələyə 90-cı illərdəki kimi yanaşmaq doğru deyil. İndi dayandoldurum dövrü deyil. İndi raketlər dövrüdür. Bu məsələlərə yanaşanda həssas olmalıyıq”.

***

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında çıxış edən millət vəkili Vahid Əhmədov Müdafiə Nazirliyinin rəhbərliyini tənqid edib.

“AzPolitika.info”-nun məlumatına görə, millət vəkili bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi ermənilərin cəbhə xəttində artan özbaşnalıqlarının qarşısını almaq üçün Prezidentə təkliflər verməli olduğu halda, bunu etmir.

O həmçinin nazir Zakir Həsənovun və Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycan dilində danışa bilmədiklərini vurğulayıb.

Deputat Səyavuş Novruzov Vahid Əhmədovun fikirləri razılaşmadığını bildirib. Bəxtiyar Əliyev isə çıxışına görə Vahid Əhmədovu tənqid edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar