Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Planetimiz 6-cı kütləvi qırğının kandarındadır - Mütəxəssislərdən QORXUNC ARAŞDIRMA

3-06-2020, 13:19   
 
Dünyada 6-cı kütləvi qırğın gözləniləndən daha sürətli baş verə bilər.
Publika.az xəbər verir ki, bununla bağlı Meksika Milli Muxtar Universitetinin elm adamları araşdırma aparıb.
Ekologiya professoru Gerardo Seballos Qonzalesin rəhbərlik etdiyi araşdırma nəticəsində 2001-2014-cü illərdə 173 canlı növünün nəslinin tükəndiyi, bunun ehtimal olunan rəqəmlərdən 25 qat çox olduğu məlum olub.
Professor bildirib ki, son 100 ildə 400-dən çox onurğalı növü yox olub. Halbuki bu yoxolma prosesi 10 min il ərzində olmalıdır. Bu nəticəyə səbəb kimi isə təbiətə antropogen təsir göstərilir.
Mütəxəssislər koronavirus pandemiyasını Çində vəhşi heyvan ticarəti və istehlakı ilə əlaqələndirirlər. Bildirilir ki, hökumət tərəfindən vəhşi heyvanların ticarətinə qadağa qoyulması kütləvi qırğınların və nəsil tükənmələrinin qarşısını ala bilər.
Araşdırma məqaləsi “Proceedings of the National Academy of Sciences” (PNAS) dərgisində nəşr olunub.
Qeyd edək ki, dünya tarixində hər biri heyvan, bitki və mikroorqanizm növlərinin 70-95%-ni məhv edən 5 kütləvi qırğın meydana gəlib. Ən yaxın keçmişdəki yoxolma hadisəsi 66 milyon il əvvəl dinozavrların nəslinin tükənməsi ilə nəticələnib. Bu qırğınlara asteroid toqquşması və böyük vulkan partlayışları kimi təbii fəlakətlər səbəb olub.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar