Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyəyə getmək istəyənlərə şad xəbər

3-06-2020, 13:48   

 


   
Sərhədlər açılan kimi, Azərbaycan vətəndaşları həm tibbi turizm, həm iş, həm də istirahət məqsədilə Türkiyəyə gedə biləcəklər.
Bu barədə Axar.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Hamımız pandemiya səbəbiylə bağlanmış sərhədlərin açılmasını gözləyirik. Sərhədlər açıldıqdan və uçuşlar bərpa olunduqdan sonra Türkiyəyə gedərkən karantinə salınmaq zərurəti olmayacaq, ancaq virusa qarşı mübarizə üzrə lazımi tədbirlər görüləcək”, - diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlikdən, həmçinin vurğulanıb ki, Türkiyədə artıq şəhərlərarası nəqliyyat əlaqələrinə qoyulan məhdudiyyətlər aradan qaldırıldığından turistlər ölkənin müxtəlif şəhərlərinə sərbəst şəkildə gedəcəklər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar