Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bu il keçid balları aşağı düşəcək - Ekspert

3-06-2020, 16:39   

 


   
Bu il bəzi ixtisaslar üzrə keçid balları aşağı düşə bilər.
Bunu Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qəbul imtahanları barədə danışarkən deyib. O bildirib ki, keçid balları ilə yanaşı, 550-700 bal toplayanların sayı da azala bilər:
“Məlum olduğu kimi, artıq iyun ayında hər həftə sonu (şənbə və bazar günləri) qəbul imtahanlarının I mərhələsi hesab olunan buraxılış imtahanları keçiriləcək. I, II, III və IV ixtisas qrupları üzrə ərizə vermiş abituriyentlər 20 iyuldan sonra qəbulun ikinci mərhələsi hesab olunan blok imtahanlarında iştirak edəcəklər.
Bildirim ki, istər buraxılış, istərsə də blok imtahanlarında abituriyentlərə Dövlət İmtahan Mərkəzi tərəfindən güzəştlər olunub. Bu, əsasən, imtahanda sualların keçirilməyən mövzulardan düşməməsi ilə bağlıdır. Amma bütün bunlarla yanaşı onu demək olar ki, builki qəbul nəticələrinin ötən illə müqayisədə bir qədər aşağı olacağını proqnozlaşdırıram. Bunun da başlıca səbəbi şagirdlərin hazırlıq prosesindən geri qalması, distant formada təhsil alması və bunun da hər kəs üçün əlçatan olmamasıdır. Ehtimal edirəm ki, 550-700 bal arası nəticə göstərənlərin sayında azalma ola bilər. Bu isə məhz ötən il bu arelada olan ixtisaslarda keçid ballarının aşağı düşməsi ilə nəticələnə bilər. Bununla yanaşı 200-550 aralığı arealda nəticə göstərənlər daha çox olacaq ki, bu da müvafiq olaraq ötən illərdə bu aralıqda ixtisaslar üzrə formalaşmış keçid ballarına təsir edəcək. Bəzi ixtisaslar üzrə keçid balları artacaq”.
Ekspert onu da bildirib ki, bu il qəbul imtahanlarında qruplar üzrə ərizə qəbulunda iştirakçılar çox olduğu üçün bir çox abituriyent müsabiqədən kənarda qalacaq:
“Bu il ərizə qəbulunda qruplar üzrə iştirakçıların da say çoxluğu var. Ötən il olduğu kimi, bu ildə I və III ixtisas qrupları üzrə 15 mindən çox abituriyent müsabiqədən kənarda qalacaq. Ən yaxşı vəziyyət II və IV ixtisas qruplarındadır. Digər gərginlik olacaq qrup V ixtisas qrupudur ki, burada son günlər müraciət edənlərin sayında çoxluq var. Bunun da başlıca səbəbi birmənalı olaraq bəzi ixtisaslarda qabiliyyət imtahanlarının keçirilməməsi ilə bağlıdır. Məsələn, fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi, məşqçilik, təsviri incəsənət müəllimliyi və musiqi müəllimliyi... Ehtimal olunur ki, V ixtisas qrupunda bu il ixtisaslar üzrə formalaşacaq keçid ballarında artma müşahidə oluna bilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar