Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yalnız bu avtomobillərin hərəkətinə İCAZƏ VERİLƏCƏK - SİYAHI

4-06-2020, 14:47   
 

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dəkBakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.
Publika.az xəbər verir ki, Operativ Qərərgahən qərarına əsasən, yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkətinə icazə veriləcək:
Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
elektrik enerjisinin istehsalı və təchizatı;
meliorasiya və su təsərrüfatı;
rabitə xidmətləri;
teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar