Sizin Reklam Burada

Polis karantini pozan sürücüləri necə tapacaq? - AÇIQLAMA

3-07-2020, 13:03   

 

Xəbər verdiyimiz kimi, bu gündən paytaxtın küçə və prospektlərində quraşdırılmış xüsusi polis postları ləğv edilib. Artıq nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək.
İnsanları düşündürən əsas məsələlərdən biri videomüşahidə kamerası ilə icazənin olub-olmamasını necə müəyyən olunmasıdır.
Operariv Qərargahın qərarına əsasən, vətəndaş həm 2 saatlıq SMS icazəsi aldığı zaman, həm də portaldan qeydiyyatdan keçdiyi zaman avtomobilindən istifadədə tam sərbəstdir.
O zaman maraqlıdır, müşahidə kamerası hansı avtomobilin SMS icazəsi olub-olmayacağını necə, hansı meyara əsasən müəyyən edəcək?
Məsələ ilə bağlı redaktor.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, yeni qərarın təfərüatı ilə bağlı insanlara ətraflı məlumat veriləcək:
“Qısa olaraq onu deyə bilərəm ki, postlarda xidmət edən polis əməkdaşları bundan sonra küçə və yollarda həm piyada, həm də avtomobillə hərəkət edənlərə nəzarət edəcək. Əgər karantinin pozulması qeydə alınarsa, avtomobilin hərəkəti dayandırılacaq, sürücülər və sərnişinlər yoxlanılacaq”.
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar