Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nazirlik rəsmisindən BMCMİ-nin keçirdiyi əməliyyat barədə AÇIQLAMA

9-07-2020, 18:00   



Vüqar Hüseynov: "Əməliyyat özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

"Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb".
Musavat.com xəbər verir ki, bu fikri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov  sosial şəbəkədə yazıb. O fikrinin davamında aşağıdakıları qeyd edib:
"Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq".
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar