Kəmaləddin Heydərovun şirkəti iflas oldu, kompaniya bağlandı, 55 nəfər işdən çıxarıldı, dövlətə borc qaldı

Nə qədər inandırıcı görünməsə də, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Almaniyada qeydiyyatdan keçirdiyi və Latviyanın paytaxtı Riqa şəhərində “Roma” otel də daxil olmaqla bir neçə obyekt işlədən şirkəti müflis olub.

Bir neçə il ərzində Latviya Respublikasına 4 milyon avrodan çox vergi ödəyən şirkətin hazırda vergi orqanlarına 32 min avro borcu var. Şirkətin 55 nəfər işçisi isə bu günlərdə işdən azad edilib. Minimum əmək haqqı 750 avro olan otelin müdiri, keçmiş politik Linda Murniece bununla bağlı bildirib ki, şirkəti xilas etmək üçün sahibkarla danışıb. Amma sahibkar otelin və biznesin artıq gəlir gətirmədiyini səbəb gətirərək bağlayacağını bildirib. Martın 31-də Linda Murniece Latviya dövlət orqanlarına müraciət edib və onlar kömək etməkdən imtina ediblər. Həmin ərəfədə otel işçilərindən biri – İlze Larinova bunları yazıb: “Oteldə 7 ildir ki, işləyirəm. Hər ay xüsusilə mənə kompaniya 900 avro maaş ödəyirdi.Bu gün mən və həmkarlarım qərarı eşitdik. Bu çox kədərlidir və ədalətli deyil. Mən bilirəm ki, vergidən hansısa müddətə işsizlik pulu alacağam. Amma biz bu fövqəladə vəziyyətdən sonra işimizə qayıtmaq istəyirik”.

Linda Murniece isə bunları bildirir:

–Təsəvvür edin, mən, əməkdaşlarım və kompaniya dövlətdən dəstək aldıqmı, əlbəttə, yox. Hazırda 55 işsiz var və dövlət onlara işsizlik pulu verməlidir. Eyni zamanda bu o deməkdir ki, dövlət böyük bir vergi ödəyicisini itirir. Otel biznesi mövsümidir. Mart ayına borcumuz var. Hesaba pul gəlmir və biz yaya doğru “gedirik”. Keçən il firmamız dövlətə 354 min avro vergi ödəyib”..

Otel administratoru və onun keçmiş işçiləri yaranmış durumdan şikayətçidilər, lakin onlar sahibkarı suçlu bilmirlər. Görünən isə odur ki, “Roma” otel və ya Kəmaləddin Heydərovun biznesi koronavirusun qurbanı olub.

Eyni zamanda biz fikirləşirik ki, mövzu tək bununla yekunlaşmır. Çünki “Roma” oteli işlədən şirkətin həm də Almaniyada çoxlu aktivləri var və güman ki, Kəmaləddin Heydərov artıq həmin obyektləri də bağlayır. Bununla bağlı araşdırmamız davam edəcək. Qarşı tərəf hər hansə bir fikir bildirmək istəsə onları da dinləməyə hazırıq. (timetv.live)