Ana səhifə

Azərbaycan-İran sərhədində atışma: 1 narkokuryer öldürüldü, 2-si qaça bildi

    Tarix: 23-04-2020 11:09   


Koronavirus pandemiyasına görə Azərbaycanın İranla sərhədi bağlı olsa da narkokuryerlər sərhədi xəlvəti keçmək cəhdlərini davam etdirirlər. Virtualaz.org xəbər verir ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti ötən gün aprelin 22-də İrandan sərhədi pozaraq ölkə ərazisinə keçən 3 narkokuryerlə atışmaya girib. Nəticədə onlardan biri aldığı güllə yarasından ölüb, digərləri qaça bilib.

 

 

DSX-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, həmin gün saat 15:30 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yar­dımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­zi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhəd­çi­lərin həyatına qəsd ediblər.

 

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olun­ub və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edə­rək geri qaçıblar. Yaralanmış sərhəd pozucusuna ilkin tibbi yardım gös­təri­lərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olma­yıb.

Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd pat­ron, 1 ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir.

İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib. Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­findən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net