Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kənddə koronadram: 19 və 24 yaşlı iki qardaş bir sutka fərqi ilə öldü - DƏFN GÜNÜ NƏNƏ DƏ ÖLDÜ, ATA REANİMASİYADADIR...

24-04-2020, 09:00   


Ukraynanın Çernovitsk vilayətinin İjvitsı kəndində iki gənc qardaş bir-birinin ardınca koronavirusdan ölüb. Bu da koronavirusun əsasən yaşlı və başqa xəstəlikləri olanları öldürdüyü barədə hipotezi növbəti dəfə alt-üst edir.

Virtualaz.org “strana.ua” portalına istinadən xəbər verir ki, bu kənd Ukraynada koronavirusun ən çox yayıldığı yaşayış məntəqəsidir, kənddə virusa yoluxduğu təsdiqlənənlərin sayı mindən yuxarıdır.

Bildirilir ki, kənd sakinləri 19 yaşlı Andrey və 24 yaşlı İvan Frunza qardaşları pnevmoniyanın ağır forması ilə rayon xəstəxanasına yerləşdiriliblər. Kiçik qardaş aprelin 19-da axşam keçinib, böyük qardaş isə aprelin 21-də səhər ölüb. Aprelin 22-də onların koronavirus testinin nəticəsi xəstəxanaya daxil olub və qardaşların koronavirusa yoluxduqları təsdiqlənib.

İvanda xəstəliyin ilk simptomları aprelin 10-da özünü göstərib, kiçik qardaş isə ondan bir həftə sonra yatağa düşüb.

Lakin Andrey və İvanın ailəsində dram bununla bitmir. Gənc qardaşların dəfni günü-aprelin 21-də onların nənəsi də koronavirusdan ölüb, virusa yoluxan ataları isə hazırda ağır vəziyyətdə reanimasiyadadır. Ailədə daha bir böyük oğlan da da var ki, o da İjvitsa kəndində COVİD-19 virusuna ilk yoluxan sakindir. Amma qardaşlardan böyüyü virusa qalib gələ bilib.

Kənd sakinlərindən biri deyir ki, qazanc dalınca başqa yerlərə gedənlərin bir hissəsi İjvitsaya qayıdıb, ona görə də ailə onlardan birindən yoluxa bilərdi. İjvitsa kəndinin 6 minə yaxın sakini var və onlardan yarıdan çoxu qazanc dalınca başqa ölkələrə gedir.

Çernovitsk vilayət administrasiyasının rəhbəri Sergey Osaçuk bildirib ki, qardaşlar xəstəxanaya həddən artıq gec müraciət ediblər və onlardan biri dərhal süni tənəffüs aparatına qoşulub. Amma bunun köməyi olmayıb. Ertəsi gün isə digər qardaş keçinib. Osaçukun bildirdiyinə görə, qardaşlar xaricdə olmayıblar və son vaxtlar kənddən kənara çıxmayıblar.

Qardaşların faciəsinə ağlayan kənd sakinləri onların çox zəhmətkeş, qoçaq olduqlarını, əl-ələ verərək özlərinə yeni ev tikdiyini, böyük qardaşın artıq ailə qurduğunu deyirlər.

Rayon xəstəxanasından isə jurnalistlərə bildiriblər ki, kifayət qədər sağlam olan, heç bir başqa xəstəlik daşımayan gənclərdə kəskin ikitərəfli virus pnevmoniyası nəticəsində hər iki ağ ciyərlər tamamilə sıradan çıxıb. Onları xilas etmək heç cür mümkün deyildi.

Son məlumatlara görə Ukraynada koronavirusa yoluxanların sayı 7170 nəfərdir, 187 nəfər isə ölüb. Ölkədə aprelin 6-dan narantin rejimi tətbiq edilib, karantin mayın 11-nədək davam etməlidir.

Virtualaz.org


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar