Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DÜNYANIN QIZIL VƏ ALMAZ YATAQLARINA NƏZARƏT EDƏN AİLƏ ÇƏTİN SEÇİM QARŞISINDA:Putinin dostu olan ailə Romanovların taleyini yaşaya bilər

24-04-2020, 09:26   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 23 aprel 2020-ci il

 

Bəzi ünvanlar olmasa, baş verənləri anlamaq heç də asan olmaz. Elə lövhələr var ki, həm mübarizəni, həm savaşı, həm də onun tərəflərini birbaşa göstərməkdədir. Kimin qalib gəldiyi halda dünyanın necə bir çərçivəyə oturacağını anladır. Özü də açıq və dəqiq formada.

Şərtlər fərqli olsa da, Amerikanın öz daxilində yaşadığı Şimal-Cənub savaşının bənzəri hazırda bütün dünyada görünməkdədir. Bu iş üçün koronavirus lazım idi, ona görə də hazırda səhnədədir.

Koronavirus epidemiyasından sonra dünya əsla və qəti olaraq əvvəlki kimi olmayacaq. Buna dəlil olaraq bir çox məlumatı paylaşmaq mümkündür. Amma mən istəyirəm ki, ən sağlam sahələrdən, daha öncə yazdığım kimi, iki koordinatdan, bildiyimiz nöqtələrdən gedək.

Təqribən, 2 il öncə belə bir qeyd etmişdim ki, dünyanın ən güclü xəbər nəşrləri olaraq “Time”, “Newsweek”, “Der Spiegel” və “The Economist” qəbul edilir. Hamısının reklam gəliri və təsir sahəsinin çox güclü olduğu doğrudur. Ancaq dünyanın ən güclü nəşrləri “The Economist” “Der Spiegel”-dir.

“The Economist” od, “Der Spiegel” isə  sudur. “The Economist” qara, “Der Spiegel” isə ağdır. “The Economist” London, “Der Spiegel” isə Vaşinqtondur. “The Economist” qorxu, “Der Spiegel” isə kabusdur…

İki güc arasında gedən savaşı anlamaq üçün “The Economist” və “Der Spiegel”-i diqqətlə incələmək şərtdir. 200 ölkənin hamısında savaş halında olan “The Economist”  “Der Spiegel” heç bir zaman Türkiyəni də yaddan çıxarmaz.

Əlbəttə, “Time”-la “Newsweek” də önəmlidir. Ancaq onlar haqqında “məktəbin yaraşıqlı gəncləri” ifadəsi işlədilir. Populyardırlar, ancaq təsir sahələri o qədər güclü deyildir. “The Economist”- “Der Spiegel” isə məktəbin dahi uşaqlarıdır.

Məhz bu iki nəşr koronavirus epidemiyasından sonra gedən savaşı əməlli-başlı üz qabıqlarına çıxardılar. Bir neçə gün öncə bunu bir daha elan etdilər.

Rotşild ailəsinin nəzarətində olan “The Economist” üz qabığında belə bir sual qoydu: “Çin qalib gəlirmi?”

Həm də sualı modern bir şəhər görüntüsünün arxasında, Covid-19 virusunun kölgəsində qoydu. Altında da Covid-19-la dəyişəcək olan nəticələri sıraladı.

Yaxşı, bəs eyni tarixlərdə, eyni günlərdə çıxan “Der Spiegel” necə bir üz qabığı ilə çıxırdı? Onlar geridəmi qalırdı? Əsla! Alman istehsalı olsa da, Vaşinqtona, yəni, “dərin Amerika”ya bağlı olan bu nəşr ortadan ikiyə parçalanan virus görüntüsünün üzərinə “Yırtılma” kəlməsini oturtmaqdaydı. Manşeti “Yırtılma” olan nəşr alt sətirlərdə bunları yazırdı: “Ya indi, ya heç vaxt… Korona böhranı içində daha gözəl bir dünya şansını daşıyır!”

Parçalanan virusun altında da yeni dünya gəlirdi. Ya da bu, dünyanı əhatə edən gücdən qurtulmağı simvollaşdırırdı.

Bu nəşrlərə baxdıqda, həm Londonu, həm də Vaşinqtonu görürük. İkisi də öz daxilində iki parça olsa da, ümumi mənzərəni görmək üçün şəffaf  üz qabıqları ilə gedən böyük savaşı anladırdılar.

Ailələrdən bəhs etmişdik, oradan davam edək…

RokfellerRotşild ailələri haqqında yazdıq. Amma bir də haqqında çox az yazdığım Oppenheymer ailəsi var. Bəzilərinə görə, dünyanın ən güclü ailəsidir. Cənubi Afrikalı bir ailə bu qədər böyük gücü necə əldə edə bilmişdi? Ailənin kökləri keçmişə dayanır. II Dünya Müharibəsi dövründə bir qolu Frankfurtda idi. Rotşildlərlə qonşu idilər. Çox vaxt birlikdə hərəkət edirdilər. Ailənin gücü haqqında real təsəvvür Rokfeller vasitəsilə aydınlaşır. 1984-cü ildə Devid Rokfeller bir masada oturduğu vaxt salona Harri Frederik Oppenheymer daxil olur. Rokfeller də ayağa qalxaraq başı ilə onu salamlayır. 101 yaşında ölən Devid Rokfeller həyatında Harri Frederik Oppenheymerdən başqa heç kim üçün ayağa qalxmadı. Bu şərhi verənlər iki ailəni də yaxşı tanıyırlar.

Devid Rokfeller öldükdən sonra Pokantiko Hillzdəki “Rokfeller ailə məzarlığı”nda dəfn edildi. Ailənin 15 önəmli üzvü bu məzarlıqda uyuyur. Pokantiko Hillz Nyu-Yorkun ən özəl bölgələrindən biridir. Rokfeller ailəsinin illərdir yaşadığı, malikanələrinin, məzarlığının olduğu Pokantiko Hillz məhz Oppenheymer ailəsinin sənədli ərazisi idi. Rokfeller ailəsinə hədiyyə edilmişdi. Bu səbəblə, Rokfeller ailəsi bir neçə dəfə istəməsinə rəğmən, Oppenheymerin hədiyyəsi olan Pokantiko Hillzdən ayrıla bilmədi. Bu nümunələr belə, Rokfellerin Oppenheymer ailəsinə bağlı olduğunu və ya böyük hörmətlə yanaşdığını göstərir.

Oppenheymer ailəsi dünyada qızıl və almazın sahibi kimi tanınır. Dünyadakı qızıl və almaz mədənlərinin 67%-i bu ailəyə aiddir. 148 ölkədə qızıl mədəni olan bu ailənin hər keçən gün daha da gücləndiyini qızılın davamlı olaraq artmasından görürük. Bəzən üzdə başqa ailələrdən istifadə edirlər. Ancaq arxa planda zənginlik onlara aiddir.

Ailənin bugünkü böyüyü Conatan Oppenheymerdir. Bu gün dünyadakı 10 güclü ailənin üzvlərini, vəliəhdlərini araşdırsaq, bəlkə də, şübhə etmədən ilk sıraya Conatan Oppenheymeri qoyarıq. O, ailəsinin nə qədər güclü olduğunu bilməsinə rəğmən, qlobal sistemin davam etməsini istədi. Conatan Oppenheymer karyerasına NM Rothschild&Sons-da başladı. Atası Nik kimi, o da sonra “DeBeers”-in prezidenti olacaqdı. Atası Nik, Putinin də çox yaxın dostu idi. Ən azı, Putin ona böyük hörmətlə yanaşardı.

Oppenheymerlər sanki qəribə bir şəkildə ingilis Sesil Rodsdan zənginliyi təhvil alırdılar. Nəhayət, koronavirus epidemiyası ilə birlikdə dünya dəyişməyə başladı. Bu qədər güclü olmasına rəğmən, əlbəttə, Conatan Oppenheymer və ailəsi üçün də risklər mövcuddur.

Conatan Oppenheymer hansı Amerika ilə birlikdə hərəkət edir? Hansı ilə ortaqlıq edir? Ortaqlıq etdiyi komandanın uduzduğu halda, ailəsinin də Romanovlar kimi yox olacağını bilir.

Dünyadakı qızıl yataqlarını Oppenheymer ailəsindən almaq, əlbəttə, asan deyil. Ancaq Conatan Oppenheymerin oyundankənar vəziyyətə qoyulduğu anda, ailə tamamilə müdafiəsiz qalacaqdır. Çox yaxın zamanda böyük hərəkətlilik görə bilərik. Gedişat bu yöndədir. Bu da ailənin gələcəkdəki rolunu müəyyən edəcəkdir.

100 ildir davam edən nizamı dəyişmək o qədər də asan deyildir. Ancaq o da var ki, “dünyanın sönəcəyinə” heç kimin ehtimal verməməsinə rəğmən, hazırda bu durumu yaşamaqdayıq. Bu səbəblə, düşünərkən bütün ehtimalları nəzərə almalıyıq.

Pulun həm çox dəyərli, həm də dəyərsiz olduğu günlərdəyik. Rokfellerin və ya Rotşildin idarə etdiyi trilyonlarla dolların o qədər böyük güc olmadığını gördük. Bu iki ailənin üstündəki Oppenheymer ailəsi belə, hələ də qayğılıdır. Ailələr içində ən güclü olan və zərər görsə də hökmünü davam etdirəcəyinə inanılan Oppenheymer ailəsinin də qayğılı olması yaşadığımız böhranlı günlərin ən önəmli sübutudur.

Koronavirus çox şeyi dəyişdirəcək. Bu, bəllidir.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar