Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Oğuzda faciə: 12 yaşlı Cəbrayıl meşədə itkin düşdü, parçalanmış meyiti tapıldı

22-05-2020, 11:20   

 

Oğuz rayonunda 12 yaşlı Cəbrayılın meşədə itkin düşməsi faciəli yekunlaşıb.

Virtualaz.org xəbər verir ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub. 

Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.


Az əvvəl axtarışların nəticəsində itkin düşən Cəbrayılın parçalanmışmeyiti tapılıb.  Onu ayının parçaladığı ehtimal olunur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb, rəsmi məlumat daha sonra veriləcək.

Yeniyetmənin hansı şəraitdə meşədə itkin düşdüyü məlum deyil. Son vaxtlar Azərbaycanda valideyinlərin məsuliyyətsizliyi ucbatında azyaşlı körpələrin və uşaqların müxtəlif şəraitlərdə həlak olması halları tez-tez baş verir.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar