Ana səhifə

Analarının dəfnində koronavirusa yoluxan iki bacı öldü - ERMƏNİSTANDA KORONADRAM

    Tarix: 29-05-2020 11:11   

 

Ermənistanda koronavirusdan ölənlərin sayı artmaqdadır.

Virtualaz.org ermən KİV-lərinə istinadən xəbər verir ki, bu ölkədə analarının dəfn mərasimi zamanı koronavirusa yoluxan iki bacı ölüb. Axdzk icmasının rəhbəri Artur Avetisyan bildirib ki, kəndin 61 yaşlı sakini koronavirusdan bu günlərdə ölüb. O, anasının dəfn mərasimində yoluxmuşdu. “Temperaturu qalxıb, dünən axşam xəstəxanaya aparıblar və orada ölüb”,-icma rəhbəri deyib.

Ölən qadının bacısı da iki gün əvvəl koronavirusdan ölüb. O da anasının dəfnində yoluxubmuş. Avetisyan deyib ki, dəfn mərasimində 10 nəfərdən çox adamın iştirakına icazə verilməmişdi.

İcma rəhbərinn dediyinə görə, ölən bacıların ailə üzvləri də yoluxub və onlar hazırda xəstəxanadadır. Bu kənddə indiyədək 10-dan çox yoluxma aşkarlanıb.

Ermənistanda koronavirusa hər gün yüzlərlə adam yoluxur və ölkənin səhiyyə sisteminin yoluxanların sayının durmadan artmasına tab gətirməyərək tezliklə çökəcəyi proqnozlaşdırır.

Virtualaz.org




Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net