Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Azərbaycana xəyanət edənləri bulvardakı saat qülləsindən assınlar..." — Vəkil xarici kəşfiyyat üçün casusluq edən Polad Aslanovdan YAZDI

14-08-2020, 14:46   


Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov deyirdi ki, Vətənə xəyanət edənlərə güllə vurmazlar. O təklif etmişdi ki, Azərbaycana xəyanət edənləri bulvardakı saat qülləsindən assınlar. Türk xalqları həmişə xainləri asaraq edam ediblər. Bu tarixi fakt bizlərin bu kimi cinayətə nə qədər həssas olduğumuzun göstəricisidir. Odur ki, bu gün Vətənə xəyanətə görə məhkum edilənləri və Azərbaycana qarşı məkirli niyyətdə olan düşmənlərimizlə əməkdaşlıq edənləri müdafiə etmək və onlara haqq qazandırmaq xalqımızın tarixinə, mənəvi dəyərlərinə, amal və əqidəsinə qarşı olunan ən böyük hörmətsizlikdir. 

Bu mühakimə hazırda vətənə xəyanətdə ittiham olunan Polad Aslanovun anti-milli mənafeyini müdafiə etməyi özünə rəva bilən-hüquq müdafiəçisi Əlövsət Sadıqova münasibətdə aktualdır. 

Görəsən, bu məcburiyyətin səbəbi nədir?! 

Xülasə, görünür, bu kimi insanları şirinlikləndirib ortaya atan qüvvələr var və onların da ifşa edilməsi yerinə düşərdi. Bəlkə də, hələ xəyanət zəncirinin açılmamış halqaları da qalır. Xatırladım ki, Əlövsət Sadıqovun atası Əhəd Sadıqov 1951-ci ildə azyaşlı qızı zorladığına görə azadlıqdan məhrum edilib və layiqli cəza alıb. 

Bilməyənlərin diqqətinə çatdırım ki, “jurnalist” kimi tanınan Aslanov Polad İsrayıl oğlu ötən ilin iyun ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət etməkdə şübhəli bilinərək həbs olunub. 

İstintaqa şahid qismində ifadə verənlər arasında təqsirləndirilən şəxsin həyat yoldaşı Gülmirə Aslanova da var. Hansı ki, bu şəxs məlum həbs faktının elə ilk günlərindən istintaqa ifadə verən şəxslərin haqqında böhtan xarakterli qaralama kampaniyası apararaq, könüllü şəkildə əlehinə ifadə verdiyi həyat yoldaşını sudan quru çıxarmağa çalışır. 

Hüquqi nümayəndəsi olduğum reportyor.info saytının baş redaktoru Arifə Əliyevanın, mənim və eləcə də digər şəxslərin fotolarını  Almaniyada uzun illərdir yaşayan separatçı, anti-milli xislətli Azər Kazımzadəyə təqdim olunması və sonuncu tərəfindən  sosial şəbəkələrdə barəmizdə həqiqətə uyğun olmayan aşağılayıcı məlumatlatın paylaşılması onu deməyə əsas verir ki, Gülmirə Aslanovanın, habelə onun ətrafında Polad Aslanov üçün qərarlaşan- Aslanovun həbsinə siyasi don geyindirməyə çalışan şəxslərin düşüncələri  yalan və qərəz ifraz etməyə həssasdır. 

Bariz nümunə olaraq onu qeyd edə bilərəm ki, “Amerikanın Səsi” radiostansiyasının muxbiri Türkan Bəşir jurnalist prinsiplərinə zidd hərəkət edərək Gülmirə Aslanovanın müsahibələrini birtərəfli qaydada ictimaiyyətə təqdim edir; müsahibədə adı çəkilən, mənafeyinə xələl gətirilən, ünvanına ittihamlar səsləndirilən şəxs və şəxslərin mövqeyi öyrənilmir. 
 


Belə ki, Gülmirə Aslanova 06 avqust 2020-ci il tarixdə, məhkəmə prosesindən sonra “amerikanın səsi”nə müsahibə verərək bildirmişdir ki, guya mən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cəmiyyətə ictimai vəkil kimi sırınmış, ali təhsili olmayan və Polad Aslanovu vətən xaini kimi öldürməyə niyyətli biri olmuşam. İlk öncə onu deyim ki, Gülmirə Aslanovanın ciddi savadsızlığının əlamətidir ki, o hələ də “hal şahidi” və “şahid” anlayışlarını fərqləndirə bilmir və cinayət işi ürə şahid kimi tanınan şəxsləri ardıcıl müsahibələrində hal şahidi kimi təqdim edir.

Məlum müsahibədən qısa müddət sonra mən, jurnalist Türkan Bəşirə Konstitusiyanın 50-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq sözügedən müsahibəyə münasibət bildirmək istədiyimi israrlı şəkildə bildirsəm də, hətta bu istəyim təkrarlansa da  nəticə etibarı ilə o, qərəzli şəkildə mənim cavab vermək hüququmu təmin etməmişdir. 

Görəsən, ali təhsilimin olmadığını bilə-bilə Polad Aslanovun mənafeyi üçün mənim xidmətlərimdən ən münasib şəkildə bəhrələnən Gülmirə Aslanovanın məqsədi nə idi?

Əgər mən, onun fikirincə doğurdan da DTX agenti olmuşamsa və məqsədli şəkildə ona yaxınlaşmışamsa, onda sual yaranır: Mənim ona qarşı hansı pisliyim keçib? 

Mən ona və Polad Aslanova qarşı DTX-ın hansı tapşırğını icra etmişəm?

Birmənalı olaraq hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, xainlər xoflu olduğundan o, bu suallara cavab vermək iqtidarında deyil. Odur ki, fakt-sübut axtarışında olan Gülmirə Aslanova, özü ittiham etdiyi, ünvanına böhtan yağdırdığı şəxslərlə bağlı fakt-sübut təqdim və qərəzsiz olmağa məhkumdur. 

Nəticə: Ultura qərəzli olan bir şəxsin başqalarını qərəzli adlandırması qədər gülünc təzad yoxdur.

Ümumiyyətlə onu qeyd etmək istərdim ki, Aslanovlar ailəsinin hər bir hərəkəti cinayət tərkibi ilə zəngindir. Sonuncu məhkəmə iclası zamanı müşahidə etdiklərim bunu deməyə əsas verir. Hakimi, dövlət ittihamçısını və proses iştirakçısını durmadan ən ağır küçə söyüşləri ilə təhqir edən Polad Aslanovun və ona bu istiqamətdə zaldan dəstək verən Gülmirə Aslanovanın əxlaqdan, mənəviyyatdan və hüquqdan uzaq isterik hərəkətlərinə nümayiş etdirilən dözümlü və humanist mövqeyə izah vermək çətindir. Sadəcə onu demək istəyirəm ki, çox heyf... 

Çox heyf ki, bu dövlətin Polad Aslanov və Gülmirə Aslanova kimi vətəndaşları var. Və çox heyf ki, dövlətinə xəyanət edənlərə veriləcək ən böyük cəza ömürlük azadlıqdan məhrum etmədir.

Samir Zeynalov
İctimai vəkil
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar