Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əli Həsənovun qaldığı yer məlum oldu — Antalyadakı villasında dincəlir

11-09-2020, 09:47   


Türkiyədə müalicə olunduğu deyilən Prezidentin sabiq köməkçisi Əli Həsənovun qaldığı yer məlum olub. 

Demokrat.az-ın Türkiyədəki mənbədən əldə etdiyi məlumata görə, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət edir.

Sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də Əli Həsənovla bir yerdə istirahətdə olduğu deyilir.  

Qeyd edək ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqini tapmayıb. 

Sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı  xəstə qeydə alınmayıb. 

“Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur” - deyə klinikanın əməkdaşı bildirib.

Elçin Qasımlı
Demokrat.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar