Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Lotu Quli”nin imperiyasına çeçen “qanuni oğru” iddia edir BƏS “ƏHMƏD ŞALİNSKİ” NİYƏ TƏLƏSİK MOSKVADAN QAÇDI...

21-09-2020, 17:46   


“Lotu Quli” ləqəbli məşhur azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun öldürülməsindən sonra onun biznesinə çeçen Əhməd Dombayev (“Əhməd Şalinski” ) iddia edir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Əhməd Şalinski” cinayətkar aləmin  Çelyabinsk vilayəti üzrə kuratorudur (“smotryaşiy”). “Lotu Quli”nin öldürülməsindən sonra onun biznes imperiyasına qardaşı Namiq Səlifov başçılıq edir. Rusiyanın  iri bazarlar və topdansatış mərkəzlərinin ticarətçiləri indi ona haqq ödəyirlər.
Lakin “Əhməd Şalinski” indi bu biznesə iddia edir. Bildirilir ki, çeçenlər hələ də həbsxanalarda və islah əmək düşərgələrində “smotryaşiy” olaraq qalırlar. Onların arasında ən nüfuzluzu Dombayev hesab olunur.

Ə.Dombayev 2019-cu ildə kriminal karyerasına başlayıb-Moskvada silah tətbiq etməklə TIR-ı soyub. Buna görə 10 il həbs cəzası alıb. Həbsxanaya düşən kimi kriminal aləmdə nüfuz qazanmağa başlayıb. 2012-ci ildə ona “qanuni oğru” titulu veriblər.
2019-cu ildə azadlığa buraxılandan sonra Dombayev Çeçenistana qayıdıb, amma 2020-ci ilin iyununda Moskvaya gedib.  Onun Moskvada meyvə-tərəvəz alverini nəzarətə götürmək istədiyi təxmin edilir.
Lakin “Prime Crime” portalının əldə etdiyi məlumata görə “Əhməd Şalinski” bu günlərdə tələsik Moskvadan qaçıb. Çünki onun barəsində Rusiya cinayət məcəlləsinin 210-cu maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqe sahibi olmaq) üzrə cinayət işi qaldırılıb. Cinayət işinin qaldırılmasının təşəbbüskarı Şimali Osetiyanın Daxili İşlər Nazirliyidir. Bu maddə isə onu 8 ildən 15 ilə qədər həbs gözləyir.
Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar