Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SÜLHMƏRAMLI YARALANDI, HƏDƏ-QORXU GƏLƏNLƏR SUSUR... - Yaralı rus hərbçisi niyə İrəvana aparılmadı, Bakıya gətirildi?

24-11-2020, 13:53   



Məlumat verildiyi kimi, Dağlıq Qarabağ ərazisində minanın partlaması nəticəsində Azərbaycan Silahlı qüvvələrinin qəhrəman hərbçilərindən biri olan polkovnik Babək Səmidli şəhid olub. 
Suqovuşan ərazisi yaxınlığında baş verən həmin hadisə zamanı həmçinin bir Rusiya sülhməramlısı yaralanıb. Hadisənin meyitlərin axtarışı zamanı baş verdiyi bildirilir.
Bu hadisə istər-istəməz üçtərəfli razılaşmadan dərhal sonra Rusiya Duma sədrinin müavini Pyotr Tolstoyun Azərbaycanın üstünə "xoruzlanmasını" yada saldı.
“Rusiya helikopterinə, rus hərbçisinə atəş açmaq nədir, onlara göstərəcəyik” deyən Tolstoy bildirmişdi ki, rus sülhməramlılarının başına bir iş gəlsə, Gürcüstandakından da sərt addımlar atacaqlar: “Keçən dəfə Tbilisini götürmədik. Bu dəfə isə hər şey daha ciddi olacaq”.


Göründüyü kimi, Tolstoyun xəbərdarlıq etdiyi hadisə artıq baş verdi – Rusiya sülhməramlısı Suqovuşanda yaralandı. Ancaq bu yüksək rütbəli parlament təmsilçisi sanki səsini harayasa soxmuş kimi görünür. Nədənsə səsi çıxmır.
Görünür, bunun səbəbi rusiyalı hərbçinin Azərbaycan deyil erməni tərəfinin güdazına getməsilə bağlıdır. Çünki hadisə ermənilərin minaladığı ərazidə baş verib.

Əgər Tolstoy sözünün sahibi olacaq qədər siyasi kişiliyə sahib olsaydı, gərək indi İrəvana hücum edilməsi barədə çağırışlar edəydi. Bəli, rus hərbçisi məhz ermənilərin basdırdığı minaya düşərək, yaralanıb. 
Deməli, Tolstoyun məntiqilə Ermənistan cəzalandırılmalıdır və rus qoşunları İrəvana hücum etməlidir. Bəs niyəhücum etmir, niyə Tolstoy çığır-bağır salmır? Nədənsə, Rusiya mərkəzi telekanallarının iyrənc təbliğat verilişlərinin bu “qəhrəmanı”ndan səs-soraq yoxdur...
Ümumiyyətlə, hər zaman Rusiyadakı ermənipərəstlərin ən yaxşı cavabını elə ermənilər özləri veriblər – xəyanətlə, ikiüzlülüklə, arxadan vurmaqla. Bunu hazırda Ermənistandakı anti-Rusiya çıxışları da təsdiqləyir.
Pyotr Tolstoya biriləri onu da xəbər versinlər ki, yaralanan rus hərbçisini İrəvana yox, Bakıya gətiriblər. Görəsən niyə? Bəlkə səbəbini erməni aşiqi olan Tolstoy daha yaxşı bilər?
Yeri gəlmişkən, həmin hadisə nəticəsində yaralananlar arasında erməni hərbçiləri də olublar. Onları Ermənistana aparıblar, rus hərbçisini isə Bakıya.
Bu, Rusiyanın İrəvana nə dərəcədə etibar etməsinin göstəricisi sayıla bilərmi? Bəlkə ruslar İrəvandakı “erməni həkim qardaşları”na artıq etibar etmirlər?...
Cəlal
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar