Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TƏKZİB

26-11-2020, 10:15   


Mən, “pressinfo.az” internet saytının təsisçisi və baş redaktoru Əhmədova Nüşabə Bəyoğlan qızı , bildirirəm ki, cavabdehlər Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Mustafayev Hüseyn Əziz oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu, Zeynalov Akif Mehdi oğlu, Yunusov Bəxdiyar İzzət oğluna qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qaldırılan iddiaya adıkeçən məhkəmədə baxılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli 2(008)-2400/2019 saylı qətnaməsi ilə “pressinfo.az” internet saytının təsisçisi və baş redaktorunun üzərinə iddiaçı “Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən, həqiqətə uyğun olmayan məlumatları rəhbəri olduğu “pressinfo.az” internet saytında yaydığına görə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən yazılı şəkildə pressinfo.az saytında yerləşdirilməklə üzr istənilməsi və həmin saytda 25.10.2018-ci il tarixdə yerləşdirilmiş “Bakı Metropolitendə irtıca dərinləşir” başlıqlı məqalədə, 28.11.2018-ci il tarixdə yerləşdirilmiş “BAKI METROPOLİTENİ REAL TƏHLÜKƏ QARŞISINDA” başlıqlı məqalədə, 31.12.2018-ci il tarixdə yerləşdirilmiş “ÖLÜM TUNELİ-2019: Bakı Metropoliteni faciənin astanasında” başlıqlı məqalədə həqiqətə uyğun olmayan məlumatların təkzib olunması, təkzibin həmin məqalələrin yığıldığı şriftlə və “Təkzib” başlığı altında yerləşdirilməsi vəzifəsi qoyulmuşdur.
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli 2(008)-2400/2019 saylı qüvvəyə minmiş qətnaməsi ilə “pressinfo.az” internet saytının təsisçisi və baş redaktorunun üzərinə qoyulmuş vəzifənin icrasını təmin etmək üçün mən, Əhmədova Nüşabə Bəyoğlan qızı, təsisçisi və baş redaktoru olduğum “pressinfo.az” internet saytında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin işgüzar nüfuzuna ciddi xələl gətirən həqiqətə uyğun olmayan məlumatları yaydığıma görə təəssüf hissi keçirdiyimi ifadə etməklə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən üzr istəyir, “pressinfo.az” saytında 25.10.2018-ci il tarixdə yerləşdirdiyim “Bakı Metropolitendə irtıca dərinləşir” başlıqlı məqalədə, 28.11.2018-ci il tarixdə yerləşdirdiyim “BAKI METROPOLİTENİ REAL TƏHLÜKƏ QARŞISINDA” başlıqlı məqalədə, 31.12.2018-ci il tarixdə yerləşdirdiyim “ÖLÜM TUNELİ-2019: Bakı Metropoliteni faciənin astanasında” başlıqlı məqalədə yer almış məlumatların həqiqətə uyğun olmadığını təsdiqləməklə təkzib verirəm.






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar