Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

“ŞİRAK VİLAYƏTİNDƏN 150 NƏFƏR ƏSİR DÜŞÜB” - Yeni erməni əsirlərinin yaxınları yolu bağlayıbılar

16-12-2020, 14:11   




Ermənistanda ötən gün Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyü bildirilən yüzlərlə erməni hərbçisinin yaxınları etiraz aksiyası keçiriblər.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Şirak vilayətinin sakinlərinin İrəvana və Gürcüstan sərhədinə gedən əsas yolları bağladığına dair məumat və videolar yayılıb.
“Sputnik Armenia”nın yaydığı məlumatda isə deyilir ki, Şirak vilayətinin sakinləri əsir düşənlərin əksəriyyətinin bu vilayətin Xorom, Lancik və Azatan kəndlərindən gedən könüllülər olduğunu bildiriblər: “Bizim vilayətdən 150 nəfər Xtsaberd istiqamətində (Çaylaqqala-red.) əsir düşüb. Onlar dörd gün mühasirədə qalıblar. Onları unudublar və indi isə onlar əsir götürülüblər.”

“Sputnik Armenia”nın digər bir məlumatında isə deyilir ki, onlarla erməni hərbçisi Şuşanın Qaladərəsi kəndi istiqamətində əsir düşüb: “Bir qrup erməni silahlısı bir neçə gündür ordunun əsas hissəsindən ayrı düşüb. Onların bir hissəsi artıq əsir götürülüb.”
Sayt həmin silahlıların “Şuşanın Xin Şen kəndində” mühasirəyə düşdüyünü və əsir götürüldüklərini yazır. Ermənistanın Şirak rayonunun sakini Ruzanna Tamasyan isə sayta açıqlamasında deyib ki, yayılan videogörüntülərdəki dəstədə 1992-ci il təvəllüdlü kürəkənini və onun 3 dostunu tanıyıb.
Etirazçılar ordu və hökumət rəhbərliyini ittiham edərək, onlardan əsir düşmüş yaxınlarının qaytarılmasını tələb ediblər.
Bu fakt Ermənistan rəhbərliyinin öhdəliyini yerinə yetirmədiyini, ordusunu Azərbaycan ərazilərindən geri çəkmədiyini göstərir. Ancaq unudur ki, Azərbaycan torpaqlarındakı hər erməni silahlısını ya ölmək, ya da əsir düşmək gözləyir. 
Cəlal
“AzPolitika.info”  
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar