Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Donetskdə Ukraynaya məxsus helikopter partladıldı

25-04-2014, 14:59   
Donetskdə Ukraynaya məxsus helikopter partladıldı
Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki hava limanında Mi-8 helikopteri partlayıb.
APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu ukraynalı tanınmış hərbi ekspert Dmitri Tımçuk açıqlayıb.
D. Tımçuk bildirib ki, helikopter işə salındığı zaman naməlum şəxslər tərəfindən atəşə tutulub və partlayaraq yanmağa başlayıb. Hadisə zamanı zərər çəkən olmayıb. Ekipajın komandiri vaxtında helikopterdən çıxa bilib.
Qeyd edək ki, Kramatorsk şəhəri silahlı separatçıların fəal olduğu zonalardan biridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar