Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bərdədə qadın kişini güllələdi

29-04-2014, 16:44   
Bərdədə qadın kişini güllələdi
Bərdədə silahlı insident yaşanıb.
Rayonun Darğalar kəndində Tahirə Əzizova həmkəndlisi Əvəz Rüstəmova odlu silahdan atəş açıb. Boyun nahiyəsindən yaralanan Əvəz Rüstəmov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralının özünün dediyinə görə, qarşısını kəsən Tahirə onu öldürəcəyi ilə hədələyib, daha sonra arxadan ona 2 dəfə atəş açıb.

Yaralının yaxınlarının sözlərinə görə, Tahirə Əzizova polis tərəfindən saxlanılıb. Bərdə Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar