Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dieqo Kosta: "Hər oyunda qalib gəlməliyik"

19-04-2014, 11:23   

“Atletiko Madrid” futbol klubunun hücumçusu Dieqo Kosta milli çempionatın sonluğunun çox gərgin olacağını bəyan edib. anaxeber.info xəbər verir ki, futbolçu hər oyunda qalib gəlməyə borclu olduqlarını bildirib. Qeyd edək ki, “Atletiko” 34 turdan sonra 85 xalla turnir cədvəlinə başçılıq edir. Madridlilər Çempionlar Liqasının yarımfinalında da mübarizəni davam etdirirlər. Kosta qarşıda “Atletiko”nu həlledici ay gözlədiyini vurğulayıb: “Biz nə etmək lazım olduğunu bilirik. Biz mübarizəni davam etdirmək üçün bütün keyfiyyətlərə malikik. Ev oyunlarında bizə azarkeşlər kömək edəcək”. Qeyd edək ki, “Atletiko” İspaniya çempionatında bundan sonrakı oyunları “Valensiya”, “Levante” və “Barselona”ya qarşı səfərdə, “Malaqa”ya qarşı isə evdə keçirəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar