Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Əminəm ki, "Liverpul" və "Çelsi" də xal itirəcək"

19-04-2014, 14:24   
"Əminəm ki, "Liverpul" və "Çelsi" də xal itirəcək"
"Mançester Siti" klubunun baş məşqçisi Manuel Peleqrini komandasının Premyer Liqada çempionluq şanslarını dəyərləndirib.
anaxeber.info-ın məlumatına görə, Britaniya mətbuatına danışan çilili mütəxəssis ən yaxın izləyiciləri "Liverpul" və "Çelsi"nin qarşıdakı turlarda xal itirəcəyinə əmin olduğunu bildirib:
"Sanderlend"lə oyun (2:2) bizdə ruh düşkünlüyü yaratdı. Hər oyunda qalib gələk istəyirik, ancaq Premyer Liqanı tərk etmək üzrə olan komandalarla mübarizə aparmaq çox çətindir. Çünki onlar bütün matçlara 100 faiz köklənirlər. Əminəm ki, "Liverpul" və "Çelsi" klubları da qarşıdakı turlarda xal itirəcəklər. Onlar bizim "Sanderlend"lə görüşdə xal itirdiyimiz kimi digər oyunlarda büdrəyəcəklər. Qarşıda 5 tur qalır və bu oyunlardan sonra maksimum xalla ayrılmağa çalışacağıq. Məhz mövsümün sonunda hansı komandanın çempion olacağına aydınlıq gələcək".
Qeyd edək ki, "Mançester Siti" 33 turdan sonra 71 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar