Sizin Reklam Burada

XALQ ARTİSTİNİN AYAĞI AMPUTASİYA EDİLDİ

28-12-2018, 11:01   
 “Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”.
A24.Az xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.
Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: “Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.
Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar