Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Varlılar daha da varlanır, yoxsullar daha da yoxsullaşır, Ruzveltin muzeydəki heykəli niyə götürülür, Həcc ziyarəti olacaqmı?

23-06-2020, 09:31   


Theodore Roosevelt-in New York-dakı heykəliFotonun müəllifiGETTY IMAGES
Image captionTheodore Roosevelt-in New York-dakı heykəli

Roosevelt-in nəvəsi heykəlin onun mirasını əks etdirmədiyini söyləyərək götürülməsinə razılıq verib. Səudiyyə Ərəbistanında koronavirusdan təxminən 155,000 infeksiyaya yoluxma və 1230 ölüm qeydə alınıb. Koronavirus pandemiyasında varlılar daha da varlanır, yoxsullar daha da yoxsullaşır - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında

New York muzeyi ABŞ-ın keçmiş prezidenti Theodore Roosevelt-in heykəlini götürür

ABŞ-ın 1901-1909-сü illərdə Prezidenti olmuş Theodore Roosevelt-in heykəli rasizm və imperialism simvollarına qarşı başlanmış mübarizəyə görə qoyulduğu yerdən götürüləcək.

New-York muzeyinin qarşısında qoyulmuş heykəldə Roosevelt atda, yanında isə yerli amerikalı və afrikalı kişi ilə birgə təsvir olunur.


Roosevelt-in nəvəsi heykəlin onun mirasını əks etdirmədiyini söyləyərək götürülməsinə razılıq verib.

Amma Prezident Donald Trump tvit yayaraq bunun "gülməli" olduğunu deyib və bunu etməməyi məsləhət görüb.

Qaradərili George Floyd-un polisin onu saxladığı zamanı ölməsindən sonra ABŞ-da rasizm məsələləri bir problem kimi yenidən gündəmə gəlib.

Heykəl 1940-cı ildən bəri Mərkəzi Parkın qərb girişində durur.

Bələdiyyə sədri Bill de Blasio bazar günü bildirib ki, muzey heykəlin açıq şəkildə qara və yerli insanları tabe və irqi cəhətdən aşağı kimi təsvir etdiyini əsas gətirərək götürülməsini istəyib.

O deyib ki, "problemli heykəlin götürülməsi üçün doğru vaxtdır".

Səudiyyə Ərəbistanı: ötən ay ölkənin bəzi yerlərində məscidlər yenidən açılıbFotonun müəllifiAFP
Image captionSəudiyyə Ərəbistanı: ötən ay ölkənin bəzi yerlərində məscidlər yenidən açılıb

Həcc ziyarəti olacaqmı?

Səudiyyə Ərəbistanı ölkə boyunca komendant saatını qaldırıb, ancaq digər məhdudiyyətlər qalacaq.

Rəsmilər bildirirlər ki, bütün iqtisadi və ticari fəaliyyətlər yenidən başlayacaq, amma beynəlxalq səyahət və dini ziyarətlərə qoyulan qadağalar hələ qüvvədədir.

Səudiyyə Ərəbistanı iyul ayının sonlarında başlayan illik Həcc ziyarəti ilə bağlı hələ bir açıqlama verməyib.


Malayziya və İndoneziya da daxil olmaqla bir neçə ölkə bəyan edib ki, Həcc ziyarətində vətəndaşlarının iştirakına icazə verməyəcəklər.

Təxminən 2.5 milyon zəvvar illik ziyarət üçün Məkkə şəhərinə gedir, bu da səyahət edə biləcək bütün yetkin müsəlmanlar üçün dini tələbdir.

Ötən ay ölkənin bəzi yerlərində məscidlər yenidən açılıb.

Johns Hopkins Universitetinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında koronavirusdan təxminən 155,000 infeksiyaya yoluxma və 1230 ölüm qeydə alınıb.

AFP xəbər agentliyinin məlumatına görə, son günlər bu rəqəmlər bir az da artıb.

Koronavirusun yayılmasının qarşısını almaq üçün sərt məhdudiyyətlər, əksər şəhər və şəhərlərdə 24 saatlıq komendantlıq daxil olmaqla mart ayında qüvvəyə minib.

Koronavirus: varlıların əmanəti, yoxsulların borcu artırFotonun müəllifiGETTY IMAGES
Image captionKoronavirus: varlıların əmanəti, yoxsulların borcu artır

Koronavirus: varlılar daha da varlanır, yoxsullar daha da yoxsullaşır

İngiltərədə aparılmış bir araşdırmaya görə, koronavirusa qarşı tədbirlər çərçivəsində səyahət və əyləncə xərclərini azaldan yüksək gəlir qrupundakı insanların gəlirləri artır, yoxsulların isə əksinə yığdıqları əmanətləri azalır və onların borcları getdikcə artır.

Resolution Foundation təşkilatına görə aşağı gəlirli qruplara məxsus ailələrin böhran dövründə borclanma ehtimalı yüksək gəlir qrupları ilə müqayisədə ikiqat çoxalıb.


Məlumatlar epidemiya səbəbiylə bağlanan iş yerlərində çalışanların orta hesabla əmanətinin 1900 funt sterlinq olduğunu, eyni dövrdə evdən işləmək imkanı olanların orta hesabla 4700 funt sterlinqə çatdığını göstərir.

"Koronavirusdan əvvəl mövcud olan sərvətin artdığı və ya azaldığı ev təsərrüfatları arasındakı boşluq böhranda üzə çıxdı,"- Resolution Foundation iqtisadçılarından biri George Bangham bildirib.

Resolution Foundation-un keçən ilki araşdırmasına görə, koronavirusa görə iş yerini itirənlərin çoxu əsasən gənclərdir.

Qurum hazırkı vəziyyətin varlılar arasında həddindən artıq gəlir artımı, kasıblar arasında isə ümidsizlik və çarəsizliyin səbəb olduğu intihar və narkotikə görə ölümlərin artacağı xəbərdarlığını edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar