Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin yenidən prezident seçkilərinə qatıla bilər

23-06-2020, 09:37   

 


Prezident qeyd edib ki, o, təkrar seçkiyə getməzsə, varis axtarmaq məcburiyyətində qalacaq
Prezident Vladimir Putin deyib ki, rusiyalı seçicilər gələn ay baş tutacaq səsvermədə mübahisəli konstitusiya dəyişikliyini təsdiqləsələr, o, yenidən seçkilərdə iştirak edəcək, - RFE/RL xəbər verir.
İyunun 21-də dövlət televiziyasında efirə gedən fikirləri Putinin niyyətindən xəbər verir, - radio qeyd edib. Putinin qeydlərindən on gün sonra 1 iyulda konstitusiya səsverməyə qoyulacaq.
“Hələ heç bir qərar verməmişəm”,- Rusiya xəbər agentlikləri tərəfindən çıxarılmış şərhlərdə Putin bildirib: “Konstitusiyada belə bir seçim yaranarsa, mən yenidən namizəd olma ehtimalını istisna etmirəm. Baxacağıq”.
Putin həmçinin qeyd edib ki, o, təkrar seçkiyə getməzsə, varis axtarmaq məcburiyyətində qalacaq ki, bu, siyasi proseslərdən yayınma halı olacaq. Bu fakt kifayətdir ki, Kremlin ya rəqib fraksiyalar arasında ardıcıl mübarizə aparacağından qorxaraq Putini yenidən vəzifəyə gətirəcək, ya da Kremlin gözündə Putini əvəz edəcək siyasi fiqur yoxdur.
“Əgər bu, baş verməzsə, təxminən iki ildən sonra - və bunu şəxsi təcrübəmdən bilirəm - hökumətin bir çox hissəsinin normal iş ritmi mümkün varis axtarışı ilə əvəz olunacaq”,- RİA-Novosti Putinə istinadən bildirib.
Yanvar ayında Putin konstitusiyaya düzəliş etməyə çağırış edib. Bununla Prezident Moskvadakı mərkəzi sistemi dəyişdirməyə çalışıb. Ancaq Putin mart ayına qədər konstitusiyaya ediləcək dəyişikliyi dəstəkləməyib. Dəyişikliklə Putin 2024-cü ildə sona çatan hazırkı altı illik vəzifə müddətinin sonunda yenidən prezident seçilmək şansı əldə edə biləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar