Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilib” –DİM abituriyentlərə müraciət etdi

24-06-2020, 13:23   

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

DİM-dən koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilib.

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə buradan baxa bilərsiniz.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar