Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin kimdir və o, prezident vəzifəsində ömürlükmü qalacaq?

25-06-2020, 09:55   




"Putin yoxdursa, bu gün Rusiya da yoxdur," bu, Kreml aparat rəhbəri müavininin fikridir. Vladimir Putinə onilliklər ərzində səs verib onu Baş nazir və ya prezident olaraq hakimiyyət başında görmək istəyən milyonlarla rusiyalı bu fikrə şərik çıxır.

Bu etimad, Rusiya Konstitusiyasına düzəlişlərlə bağlı iyulun 1-də keçiriləcək ümumxalq səsvermədə yenilənə bilər.

Düzəlişlər Vladimir Putinə daha iki 6 illik müddətə öz namizədliyini irəli sürmək imkanı verir.

67 yaşlı Rusiya lideri 2024-cü ildə cari müddəti başa çatdıqdan sonra da prezidentliyə namizəd olacağını istisna etmir və o, 2036-cı ilə qədər hakimiyyətdə qala bilər.

Konstitusiyaya düzəlişlərlə bağlı referendum Nasist Almaniyasının təslim olmasının 75 illiyinə və Avropada İkinci Dünya müharibəsinin sona çatmasına həsr olunmuş Qələbə Günü paradından bir gün sonra keçiriləcək.

Hərbi şou vətənpərvərlik hissini gücləndirməlidir.

Tənqidçilərə əsasən, karantin merin planlaşdırıldığından bir həftə əvvəl qaldırılıb və bu, prezidentin xeyrinə atılan addımdır.

Referendum niyə keçirilir?

Prezident Vladimir Putin, 10 Mart 20Fotonun müəllifiAFP
Image captionPrezident Putin 20 ildir ki, siyasətdədir

2020-ci ilin yanvarında Rusiya prezidenti konstitusiyaya düzəlişlər etmək üçün referendum təklif etdi. Səsverməyə çıxarılan məsələlərdən biri Putinin daha iki 6 illik müddətə seçilməsinə aiddir.

Referendum aprelin 22-nə təyin edilmişdi. Lakin koronavirusla bağlı karantinə görə o təxirə salındı. İndi xalq səsverməsi iyul ayının 1-ə təyin olunub.

Sosial məsafə tədbirlərinin tətbiqinə görə səsvermə beş gündən artıq müddət ərzində keçiriləcək. Bu, müddət Covid-19-la mübarizə aparan bölgələrə də şamil edilir.

Seçki məntəqəsinə daxil ola biləcək insanların sayına məhdudiyyətlər qoyula bilər və bəzi ərazilərdə, məsələn, Moskvada elektron səsvermə sistemii quraşdırılıb.

Putinin planı nədir?

rusiyalı deputat Valentina Tereşkova, 10 Mart 20Fotonun müəllifiREUTERS
Image captionRusiyalı deputat və keçmiş Sovet kosmonavtı Valentina Tereşkova Vladimir Putini dəstəkləyən nüfuzlu şəxslərdəndir

İyirmi birinci əsrin Rusiyası Vladimir Putindən başqa lider görməyib. Rusiyalıların gözü qarşısında o, təyin olunmuş baş nazirdən (1999) seçilmiş prezidentə (2000 - 2008), yenidən baş nazirə (2008 - 2012) və bir daha prezidentə (2012) çevrilib.

Vladimir Putin yenidən seçilmək istədiyini deməsə də, bunu inkar da etmir və buna görə prezidentin opponentləri onu ən azı 2036-cı ilədək və ya ömürlük hakimiyyətdə qalmaq niyyətinə görə tənqid edirlər.

Onun ən sadiq tərəfdarlarından biri, keçmiş kosmonavt və millət vəkili Valentina Tereşkova prezidentlik müddətinin “sıfırlandırılmasını” təklif edib ki, bu da Vladimir Putinin hakimiyyətdə qalmasına zəmin yaradır.

Xalq dəstəyinin olduğu da nəzərə çarpır - sonuncu dəfə 2018-ci ildəki seçkilərdə o, 76 faizdən çox səs toplayaraq öz mövqelərini möhkəmləndirmiş oldu.

Bu dəfə “o, var gücü ilə göstərmək istəyirdi ki, “aşağıdan gələn tələbi” qəbul etmək istəmir,” - BBC-nin Moskvadakı müxbiri Sarah Rainsford deyir.

Bununla yanaşı, o, prezidentin dəyişməsi üçün ölkənin yetərincə inkişaf etmədiyinə eyham vurur.

Sarah Rainsford-a əsasən, bir çox insanın bununla bağlı problemi olmayacaq: “Onlar cənab Putini sevməsələr də, ona qəti etiraz da etmirlər.

Bir çoxları hesab edir ki, o, Qərbə qarşı çıxan güclü liderdir. Ona alternativin olmadığı da geniş yayılmış rəydi”.

Putin necə əvəzlənməz oldu?

Vladimir Putin, DTX formasındaFotonun müəllifiREX FEATURES
Image captionVladimir Putin DTX formasında

Vladimir Putinin formalaşması Soyuq müharibənin son illərinə təsadüf edib.

O, 1989-cu ilin inqilabını, Dövlət Təhlükəsizlik Komitəsinin (KGB) əməkdaşı kimi, ezam olunduğu Şərqi Almaniyanın Drezden şəhərində qarşılayıb.

Bu hadisələr onda çarəsizlik və dərin iz buraxan daha iki hiss yaradib: Berlin divarının dağıdılmasına səbəb olan kütləvi etirazlardan sonra - xalq üsyanlarından qorxu və SSRİ-nin süqutu ardınca Moskavada yaranmış hakimiyyət boşluğuna qarşı nifrət.

1989-cu ilin dekabrında Drezdendəki DTK qərargahı mühasirəyə alınarkən Vladimir Putin kömə üçün Moskvaya müraciət edir. Lakin Mixail Qorbaçovun rəhbərlik etdiyi mərkəz "səsini çıxarmır".

Vladimir Putin kompromat xarakterli sənədləri məhv etmək təşəbbüsü ilə çıxış edir:

"O qədər material yandırdıq ki, soba partladı," - Rusiya lideri “Birinci şəxsdən” adlı müsahibələr kitabında yazır.

Vladimir Putinin almaniyalı bioqrafı Boris Reitschuster-in sözlərinə görə, "O Şərqi Almaniyada olmasaydı, biz başqa bir Putin və fərqli bir Rusiya görərdik”.

Hakimiyyətə yüksəliş

Vladimir Putin Sibirin cənubunda keçirdiyi tətilə zamanı at sürür. Avqust 2009Fotonun müəllifiGETTY IMAGES
Image captionVladimir Putin Sibirin cənubunda keçirdiyi tətilə zamanı at sürür. Avqust 2009

Doğulduğu Leninqrad şəhərinə (tezliklə əvvəlki Sankt-Peterburq adını alacaq) qayıtdıqdan sonra Putin yeni bələdiyyə başçısı Anatoli Sobçakın sağ əli olur.

Yeni Rusiyada Vladimir Putin əvvəlki rollarını itirmiş olsa da, şəxsi və siyasi kapitalını artırmaq üçün əlverişli imkanlara sahib şəbəkənin hissəsi idi.

Vladimir Putinin karyerası irəliləyirdi. O, hətta Anatoli Sobçakın inanılmaz süqutundan salamat çıxa bilərək, Rusiyanın yeni elitası ilə uğurlu əlaqələrini davam etdirirdi. Vladimir Putin Moskvaya köçür, FSB-də (DTK-nın varisi) uğur qazanır və sonda Kremldə işləməyə başlayır.

Bu ərəfədə Rusiya Federasiyasının yeni prezidenti Boris Yeltsin idi. Onun administrasiyası keçid dövründə sərvət və nüfuz üçün fürsət axtaran oliqarxlarla ittifaq sayəsində Kommunist Partiyasını məsafədə saxlayırdı.

Boris Berezovski kimi sahibkarlar Yeltsinin əsas tərəfdarları arasında idi. Onlar seçkilər vaxtı ictimai rəyə güclü təsir göstərən amilə çevrildilər.

1999-cu ildə prezident Yeltsin Putini Rusiyanın Baş naziri vəzifəsinə təyin etdi.

Gözlənilməz prezident

Təqaüdə çıxan preizdent Boris Yeltsin Baş nazir Vladimir Putinin əlini sıxır. Həmin vaxt prezident vəzifələrinin icrası Putinə tapşılırmışdı.Fotonun müəllifiGETTY IMAGES
Image captionTəqaüdə çıxan preizdent Boris Yeltsin Baş nazir Vladimir Putinin əlini sıxır. Həmin vaxt prezident vəzifələrinin icrası Putinə tapşılırmışdı.

Yeltsinin davranışı getdikcə daha da əcaibləşirdi və 31 dekabr 1999-cu ildə o, gözlənilmədən öz istefasını elan etdi.

Berezovski və iri oliqarxların dəstəyinə sahib olan Vladimir Putin, prezident vəzifəsini icra etmək üçün əlverişli mövqe qazanır və 2000-ci ilin may ayında seçkilərdən sonra bu vəzifəyə rəsmən sahib seçilir.

Yeltsinin siyasi ailəsi - oliqarxlar və islahatçılar - yeni prezidentdən razıdırlar: o, üzüyola, başqalardan seçilməyən insandı.

Lakin Putin hakimiyyətə gəldikdən sonra üç ay ərzində, medianı nəzarət altına alır. Bu, həlledici transformasiya anı oliqarx və Kremlin köhnə qvardiyası üçün gözlənilməz idi.

Müxalif fikirdə olanların təqibi

Sovet qış xəz papağıFotonun müəllifiGETTY IMAGES
Image captionBir çox seçicilərə görə, Putin güclü Rusiyanın, onun Sovet keçmişinin xatirələrinin simvoludur.

Media üzərində nəzarət yeni prezident üçün ikili fayda verdi: bu yolla o, nüfuzlu tənqidçilərini mövqelərindən məhrum etdi və Çeçenistan müharibəsindən tutmuş Moskvadakı “terror hücumlarına” kimi olayları istədiyi şəkildə izah etmək imkanını qazandı.

Bu, prezidentin populyarlıq reytinqlərinə də dəstək oldu, Rusiya və onun yeni liderinin imicini təsbit etdi və dövlətin yeni düşmənlərinin kimliyini müəyyənləşdirdi.

O zamandan bəri əyalətlərdə yaşayan rusiyalılar yalnız Vladimir Putinin göstərmək istədiyi məzmunu seyr edirlər.

Rusiyada təxminən 3000 televiziya kanalı var və onların əksəriyyəti xəbərlərdən tamamilə yayınır, efirə gedən siyasi xəbərlər isə hökumət tərəfindən ciddi şəkildə yoxlanılmaqdadır.

"Mənə dəyməyin": bölgələrə ismarış

Putinin fotosu, Çeçenistan, QroznıFotonun müəllifiGETTY IMAGES
Image captionPutinin görüntüləri Rusiya Federasiyasının müxtəlif yerlərinə yayılıb. Bu foto Rusiya ordusunun Çeçenistanın Qroznı şəhərindəki bazasında çəkilib.

Vladimir Putin etibarlı siyasətçiləri qubernator vəzifələrinə təyin etməklə Rusiyanın 83 bölgəsində nəzarəti tədricən öz əlinə aldı.

O, 2004-cü ildə qubernatorlar üçün regional seçkiləri ləğv etdi - bunun əvəzinə regional qanunvericilərə üç namizəddən birini seçmək təklif olunur.

Tənqidçilər Vladimir Putini "demokratiyanı ləğv etməkdə" günahlandırsalar da, Çeçenistan kimi bölgələrdə onun strategiyası özünü doğrultdu.

Regional seçkilər, 2012-ci ildə demokratiya tərəfdarlarının etiraz dalğası ardınca qısa bir müddətdə geriyə qayıtdı, ancaq 2013-cü ildə Putin yeni qanunvericilik vasitəsiylə hakimiyyət üzərində nəzarəti bərpa etdi.

Liberalizmlə flirt, amma yalnız üzdə

Rusiyalı bloqçu və müxalifət lideri Alexey Navalnı, 6 may 2012Fotonun müəllifiGETTY IMAGES
Image captionRusiyalı bloqçu və müxalifət lideri Alexey Navalnı siyasi islahatlar tələb edən bir neçə etirazlara başçılıq edib

2011-2013-cü illərdə Moskva və Rusiyanın digər bölgələrində ədalətli seçki və demokratik islahatlar tələbiylə, Bolotnaya etirazları kimi tanınan kütləvi nümayişlər yer alır.

Bu, 90-cı illərdən bəri Rusiyanın gördüyü ən böyük etiraz dalğası idi. “Ərəb baharı” ilə yanaşı 1989-cu ildəki olayları xatırladan digər "rəngli inqilablar" da baş verirdi.

Vladimir Putin hesab edir ki, xalq hərəkətləri Rusiyanın işlərinə müdaxilə üçün Qərb tərəfindən istifadə olunan alətdir.

Zahirən də olsa, hakimiyyət qısa müddət ərzində liberal eksperimentlərə yol açır: siyasi mərkəzsizləşdirmə çağırışı səsləniri və bölgələrə öz iqtisadiyyatları üzərində daha çox nəzarət vəd olunur.

“İslahat” sözü hər çıxışda işlənilsə də, belə ifadələrin ömrü uzun olmadı. Təhlükə sovuşan kimi strategiyadan imtina etdilər.

Krımda və "yaxın xaricdə" güc nümayişi

Putin,Fotonun müəllifiGETTY IMAGES
Image captionVladimir Putinin Çar Nikolay II-nin portreti önündə fotosu 2008-ci ildə çəkilib

İnqilabdan sonra Ukraynadakı hakimiyyət boşluğu Putinə taktiki fürsət çərçivəsi yaratdı. 2014-cü ilin fevralında Krımın ildırım sürətiylə ilhaqı Putinin ən böyük qələbəsi və Qərb üçün alçaldıcı zərbə oldu.

Rusiya dünya ictimaiyyətinin gözü qarşısında qonşu ölkənin ərazisini ələ keçirməklə öz gücünü nümayiş etdirirdi. Qərb isə onu dayandırmaq üçün heç nə edə bilmədi.

Regional analitiklərin fikrincə, Putin başa düşdü ki, (Soyuq müharibə dövründə olduğu kimi) istədiyinə nail olmaq üçün supergüc olmağa ehtiyacı yoxdur.

Beləliklə, Putin bilir ki, Qərb və NATO ilə münasibətləri tənzimləmək üçün kifayət qədər qüdrətlidir. Yəni, Rusiya təşəbbüsü öz əlinə alıb, Qərblə münasibətlərin sürətini və formasını müəyyən edə bilər.

Krım Rusiyanın ən böyük zərbəsi idi, lakin bu ayrıca bir hadisə deyildi. Putin SSRİ-nin dağılmasından sonra “yaxın xaricdə” yaranan müstəqil dövlətləri öz təbii təsir zonası hesab edir və bunu Gürcüstan münaqişəsinin (2008) misalında görmək olar.

Qərbin zəif nöqtəsindən istifadə: Suriya

Putin Krımın ilhaqından sonra Moskvada qoşunlar qarşısında nitq söyləyirFotonun müəllifiGETTY IMAGES
Image captionPutin Krımın ilhaqından sonra Moskvada qoşunlar qarşısında nitq söyləyir.

Qərb ölkələri arasında ahəngin çatışmazlığından faydalanan Vladimir Putin xarici siyasət sahəsində bu zəifliyi öz xeyrinə çevirə bildi. Bəşər Əsədə tərəf çıxan Rusiyanın Suriyaya müdaxiləsi, çox böyük üstünlüklər yaratdı.

Bir tərəfdən Vladimir Putin Yaxın Şərqdəki sabitlik üçün mühüm ərazi üzərində nəzarət əldə etdi. Digər tərəfdən bu yeni silah və hərbi taktikaları sınamaq imkanı verdi.

Bu addım (Əsəd sülaləsi də daxil) tarixi müttəfiqlərə və “yaxın xaricdə” olanlara güclü siqnal idi: Rusiya köhnə dostlarından imtina etmir.

Rusiya üçün yeni çar?

Putin sonuncu Romanov çarı Nikolay II-nın atası çar Alexander III-nün abidəsinin açılışında. Yalta, Krım, 18 noyabr 2017.Fotonun müəllifiGETTY IMAGES
Image captionPutin sonuncu Romanov çarı Nikolay II-nın atası çar Alexander III-nün abidəsinin açılışında. Yalta, Krım, 18 noyabr 2017.

Putin hakimiyyətdə olduğu müddətdə genişlənmə siyasətinə bəraət qazandıran “Rus torpaqlarını birləşdirən” feodal konsepsiyanı oyatmağa müvəffəq oldu.

Bu baxımdan Krım və "yaxın xaricin" niyə bu qədər vacib olduğunu görmək çətin deyil.

Arkadi Ostrovski kimi bəzi müşahidəçilər hesab edir ki, bu müasir çarın ortaya çıxmasına zəmin yarada bilər: partiya siyasətindən üstün olan unikal Rusiya lideri.

Əlamətdardır ki, son seçkilərdə Putin müstəqil namizəd kimi çıxış etdi.

Hazırda Vladimir Putinin mövqeləri sarsılmaz görünür, amma 2024-cü ildə onun dördüncü müddəti bitdikdən sonra nə olacaq?

Bu suala cavab vermək çətin olsa da, istədiyi planı cızmaq Vladimir Putin üçün asan işdir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar