Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ROTŞİLD AİLƏSİNİN PARLAYAN YENİ ULDUZU:o, Çinin maliyyə sistemini tam ələ keçirib - ARAŞDIRMA

28-06-2020, 20:48   

“Takvim”, Türkiyə, 23 iyun 2020-ci il

 

ABŞ da, İngiltərə də qarışıb. Bunu küçələrdən görmək çətin deyil. Bu iki ölkə kodlar vasitəsilə yeni sistem üçün vuruşur və bu, çılpaq gözlə baxarkən meydanlardan, heykəllərdən görünür. Bu şəraitdə, daha öncə də yazdığım kimi, yenə Mayk Pompeo önə çıxır. Sanki, Vaşinqtonun pultu onun əlindədir.

Atası Ueyn Pompeonun öldürülməsi ABŞ Xarici işlər naziri Mayk Pompeonu xeyli sarsıdıb. Ancaq o, öz bacarıq və ağılı ilə hər bir durumda ölkəsi üçün çox önəmli olan qərarlar ala bilən biridir. Son qərarı isə tarixi dəyişdirəcək bir addım olub. Amma bu barədə çox yazılmayıb.

ABŞ Çini böyütdü. Bu, dəqiq və aydındır. Avropa Birliyi (AB) isə Çini yaşatdı. Bu da dəqiqdir. İndi Almaniya AB-də komandanlığı təkrar ələ aldı. Və Çin üçün pessimist günlər başladı.

Pompeo deyib: “Qərb demokratiyalarını təhdid edən Çindən asılılıq olmamalıdır. Kim olduğumuzu inkar etməyəcəyik. Alternativ tapacağıq. Avtoritar rejimlərə bağlı olan demokratiyalar bu ünvanı daşımağı haqq etmirlər. Avropa Birliyi bu sözlərimi ciddiyə almalıdır. Avropadan Çinlə bağlı daha çox açıqlama gəlməlidir”.

Ardınca Almaniya Baş naziri Merkelə zəng edən Pompeo “Artıq Çinə qarşı addım atmalısınız. Sözlər daha da sərt olmalı. Çin mövzusu bizim üçün qapandı, sizin üçün də qapanmalıdır” deyərək, onu açıq şəkildə təhdid etdi. Bu haqda da çox yazılmadı.

Bu telefon danışığının ardınca Merkel AB liderləriylə görüşdü. Merkel onların hamısına “AB olaraq Çinlə tək səslə danışacağıq. Çindən asılılıq dövrü bitdi. Hər kəs başqa alternativlər axtarmalıdır. Bu, Avropa üçün çox önəmlidir. Əks təqdirdə, Avropa “birlik” olmaqdan çıxacaq. Alternativ bir seçim də yoxdur” dedi.

Bəllidir ki, Pompeo artıqlaması ilə təsirli olub. “Dərin Amerika” AB-ni dağıtmaqda qərarlıdır. Ancaq buna rəğmən, Pompeonun Merkel vasitəsilə AB-də ən güclü adam olduğunu gördük. AB-nin ən güclü ölkəsi olan Almaniyanı öz əmrləriylə yönləndirən Pompeo, hədəfə qoyduğu Çini eyni zamanda AB-nin hədəfinə qoydurdu. İndi Avropa üçün çətin günlər başlayır.

Merkel özü Rotşild ailəsiylə ziddiyyət içində olmaqla Baş nazirlik etsə də, Fransadan əlavə, AB üzvü olan 20 ölkə günə bu ailə ilə başlayır. Bu, məlum olan bir “sirr”dir. Bu səbəblə, mövcud durumu asanlıqla dəyişdirmək mümkün görünmür.

Pompeo oktyabr ayında keçirlməsi gözlənilən AB-Afrika Birliyi sammitində qitənin Çinlə əlaqəsini tamamilə kəsməsini istəyəcək. Yəni, pilləni daha da yuxarı çəkmək istəyəcək.

Rotşild ailəsi Çinin maliyyə sistemini Aleksandr de Rotşildə buraxdı. Devid de Rotşildin oğlu olan bu gənc Ceykob Rotşildin də ən çox etibar etdiyi şəxslərdən biridir. Qlobal maliyyənin patronu olan Rotşild ailəsinin 7-ci nəsil üzvü olan Aleksandr de Rotşild “Dərin Amerika”nın çəkindiyi şəxslərdən biridir.

Göründüyü kimi, Çindən də, İngiltərədən də, ABŞ-dan da baxsanız, gedən savaşın tərəfləri bəllidir.

Davam edək. 2 ildir ailənin maliyyə işlərini idarə edən Aleksandr de Rotşild, Çindəki ailələrlə keçirdiyi görüşlərdə gözlənilən hücumlardan bəhs etdi. Aleksandr de Rotşild, bir çox amerikan şirkətinin ABŞ-dakı küçə hadisələrini bəhanə edərək, onlarla birgə yürüyəcəyini söylədi. İlk addım da “Apple”-dən gəldi. “Apple” ABŞ-da hadisələrin böyüməsini və COVİD-19 infeksiyasının yayılmasını bəhanə edərək, Florida, Şimali Karolina, Cənubi Karolina və Arizonada olan 11 mağazasını bağladı. Əgər bunu, həqiqətən, COVİD-19 infeksiyasının yayılması ilə bağlı etsəydi, ilk olaraq Nyu Yorkdakı mağazasnı bağlayardı. “Apple” ABŞ-dakı bu mağazalarını bağladığı halda, Çindəki mağazalarının tamamına yaxınını açdı. Bu da çox önəmli bir həmlə idi.

“Dərin Amerika”ya hesabat hazırlayan təhlilçilər deyir: “Əgər Rotşild ailəsinin can damarını kəsmək istəyirsinizsə, FES-i Londondan qoparmalısınız. Əks halda, Rotşild ailəsi daima güclü qalacaq. Pandemiya dövründə trilyonlarla dollar basan FES, ailə şirkətlərini göyə “uçurdu””.

Bu haqda köşəmdə çox yazı yazdım.

“Dərin Amerika” Rotşildlərin pulla əlaqəsini tam olaraq kəsə bilməyib. Onlara zərər versə də, bu əlaqəni bütünlüklə ortadan qaldıra bilməyib. ABŞ Maliyyə Nazirliyi də FES-in daha güclü olması üçün pandemiya dövründə yeni qanunların qəbul edilməsinə izin verdi. “Dərin Amerika” cılız dava addımları ilə nə ABŞ Maliyyə Nazirliyini, nə də FES-i qorxuda bilər. Bu, ortadadır.

FES iyun ayının ilk günlərində açıqladığı hesabatda belə bir şərh verib: “ABŞ-la Çin arasındakı gərginlik bazarlara mənfi təsir edir. Ancaq bu dövrdə ABŞ Çindən daha çox təsirə məruz qalacaq. Çünki amerikan xalqının əindəki güc azalır. İşsizlik artır”.

Yəni, FES Pekin kimi danışdı… FES açıq şəkildə Çinin yanında olduğunu göstərdi. “Dərin Amerika” FES-lə bağlı addım ata bilmədiyi müddətcə, Çin daima sistemdə güclü qalacaqdır.

Rotşild ailəsi də üzvü olan Aleksandr de Rotşildi həm Çinin maliyyə sisteminin qərarvericisi olaraq təyin etdi, həm də FES-i səhnə arxasında bu şəxsə əmanət etdi. Yəni, şişirtmə şərh olmasın, FES-in patronu da Aleksandr de Rotşild oldu.

Bütün bunların baş verdiyi halda, may ayının son həftəsində “Dərin Amerika” yenə dövrəyə girdi və MKİ-dən Aleksandr de Rotşild haqqında detallı hesabat istədi. Bu tələb hazırda gedən savaşın çox yuxarıya daşınacağına işarət edir. Mübarizə daha şiddətli hal alacaq. Bizlər də bunu hər yerdə görəcəyik.

Gedən savaşın mahiyyətini açan əsas sual budur: “Yeni sistemi kimlər və ya kim quracaq?” Yerdə qalanı nağıldır…

Ötən həftə yazdığımız kimi, yeni sistemi ya ABŞ və İngiltərə, ya İngiltərə və Çin, ya da ABŞ təkbaşına quracaq.

Tərcümə Strateq.az-ındır

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar