Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Vəziyyət vahiməlidir", Kür çayı quruyur, su problemi artır -video

1-07-2020, 13:16   

 


Paylaşımını ötürün YouTube, 1
Videonun alt yazısı,Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmırsa, YouTube-dan izləyin.

Azərbaycanın ən böyük çayı olan və su təhçizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması baş verib.

Sakinlər deyir ki, iki həftə kimi bir müddət olar Kürün səviyyəsi aşağı düşüb və çayda şirin su azaldıqca da Xəzərdən axan duzlu su bu ərazilərdə içməli su problemi yaradıb.

Problemin varlığını Azərsu Açıq Səhmdar Cəmiyyəti də təsdiqləyib.

Qurumdan bildirilib ki, Azərsunun və Neftçala Rayon İcra Hakimiyyətinin 10-dan artıq avtomobili ilə su daşınması həyata keçirilir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Dilqəm Şərifov bildirib ki, Kür çayında suyun azalması təbii səbəblərlə bağlıdır və çayda suyun səviyyəsi azalıb deyə Xəzərdən gələn su müəyyən müddət orada problem yaradıb.

Qurum hazırda bu problemin aradan qalxmaqda olduğunu bildirir.

Neftcala

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar