Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həftəsonunda uzadılan sərt karantinə görə alınan icazələr niyə "ləğv olunub?"

5-07-2020, 13:56   


Koronavirus bu gün Azərbaycanda

Uzadılan karantin müddətində işləməyə icazəsi olanlar həftəsonu icazələrini yeniləsələr və bu təsdiqlənsə də, bazar gününə keçən gecə bir çoxu ləğv edilib.

Azərbaycanın bəzi şəhər və rayonlarından koronavirusa görə tətbiq edilən sərt karantin rejimi iyulun 20-nə qədər uzadılıb. İyulun 3-də ASAN Xidmətin sədri Ülvi Mehdiyev bildirmişdi ki, iyulun 5-də "icaze.gov.az sistemindəki bütün icazələr silinəcək". O, hər bir təşkilatın işə çıxmalı olan əməkdaşları üçün "yenidən icazə almalı olduğunu" söyləmişdi.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova BBC News Azərbaycancaya deyib ki, bazar günü səhər saatlarında işçilər üçün əvvəl alınmış icazələri yeniləmək istəsələr də, bu "mümkün olmayıb".

İcazə üçün doldurulması vacib olan formada bir bölmə aktiv deyil. 9108 çağrı mərkəzindən BBC News Azərbaycancaya bildiriblər ki, İqtisadi İnkişaf Nazirliyinin sistemində "fəaliyyət kodu ilə bağlı problem olub və ona görə bir çox icazələr silinib.

İqtisadiyyat Nazirliyinin sözçüsü Abbas Əliyev BBC News Azərbaycancaya bildirib ki, "nazirliyin sistemində xəta yoxdur, lakin məsələ araşdırılacaq".

"Səhər durduq ki, gecə ilə icazələrimiz ləğv olunub"

İyulun 5-də ayın 20-nə kimi uzadılan karantin müddətində işləməyə icazəsi olanlar həftəsonu icazə.e-gov.az-da icazələrini yeniləsələr və bu, təsdiq cavabı alsalar da, bazar gününə keçən gecə bir çox icazə ləğv edilib.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bazar günü səhər saatlarında işçilər üçün alınan icazələri yeniləmək istəsələr də, bu "mümkün olmayıb".

"Səhər saat 7-də işçilərimiz üçün icazələri yoxladıq, gördük ləğv olunub, yeniləyə də bilmədik. Heç nədən niyə cərimə olunaq axı? Kimsə bilməz, çölə çıxar. Bizim kimi başqaları da var axı. İcazələr barədə xəbərdarlıq ediblər, amma sistemin tam dayanması barədə deməyiblər axı," - o bildirib.

Karantin müddətində icazə ilə fəaliyyət göstərmək hüququ olan şirkətlərdən birinin əməkdaşı BBC News Azərbaycancaya deyib ki, o, təşkilatın işçilərinin icazəsini iyulun 4-də yeniləyib və təsdiq cavabı alıb, bazar günü isə icazələrin ləğv edildiyini öyrənib.

"Sistemdə icazəni yenidən almağa çalışdım, amma ərizədə müqavilə forması olan bölmə deaktivdir. Ona görə də yeni icazə almaq üçün məlutmatları sistemə yükləmək olmur. İşçilərimiz də işə çıxa bilmir. Nə vaxt düzələcəyi barədə heç nə demirlər," - şirkətin əməkdaşı bildirib.

Sistemdə problem var?

9108 çağrı mərkəzindən BBC News Azərbaycancaya bildiriblər ki, İqtisadi İnkişaf Nazirliyinin sistemində "fəaliyyət kodu ilə bağlı problem olub və ona görə də bir çox icazələr silinib.

Çağrı mərkəzindən deyiblər ki, belə bir problemlə üzləşdikləri barədə bir çox vətəndaş onlara müraciət edib.

İcazə üçün məlumatların yenidən əlavə edilə bilməməsi və "müqavilənin forması" bölümünün aktiv olmamasını isə Çağrı mərkəzi "İqtisadiyyat Nazirliyinin sistemində baş vermiş texniki xəta ilə izah edib.

İqtisadiyyat Nazirliyinin sözçüsü Abbas Əliyev BBC News Azərbaycancaya bildirib ki, "nazirliyin sistemində xəta yoxdur, lakin məsələ araşdırılacaq".

koronavirus, Azərbaycan, sms, polis

İcazələrin ləğvinə görə cərimə olacaqmı?

Karantin dövründə işləmək üçün yenilənən icazələri ləğv olunanların cərimə olunub-olunmayacağı bilinmir.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya "məsələnin araşdırıldığını" bildirib.

Koronavirus pandemiyasına görə, xüsusi karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda iyulun 5-i saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

İndiyədək Azərbaycanda 20 minə yaxn şəxsdə koronavirus infeksiyası aşkarlanıb, 240-dan çox şəxs vəfat edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar