Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Notre Dame kilsəsinin qülləsi 19-cu əsrdə olduğu kimi düzəldiləcək. Karantin dövründə plastik əməliyyatların sayı artıb. FHN: Böyük Şorda təmizlik işləri "50 faiz yekunlaşıb"

10-07-2020, 09:58   



Bu gün Azərbaycan BU gün Fransa Notr-Dam kilsəsi Notre-Dam cathedralGETTY IMAGES
Şəklin alt yazısı,Kilsə 2019-cu ilin aprelində yanmışdı.
Notre Dame kilsəsinin qülləsi 19-cu əsrdə olduğu kimi düzəldiləcək. Karantin dövründə plastik əməliyyatların sayı artıb. FHN: Böyük Şorda təmizlik işləri "50 faiz yekunlaşıb" - Bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Ötən aprel ayında bir yanğında dağılmış Notre Dame kilsəsinin qülləsi orijinal Qotik üsluba uyğun bərpa ediləcək.
Fransa Prezidenti Emmanuel Macron qüllənin müasir üslubda yenidən qurulacağı ilə bağlı fərziyyələrə son qoyan qərarı açıqlayıb.
Cənab Makron əvvəllər "müasir bir görüntü" tərəfdarı olduğunu bildirmişdi.
O, bərpa işlərinin Parisin Olimpiadaya ev sahibliyi etməli olduğu vaxta qədər, yəni, 2024-cü ilə qədər tamamlanmasını istədiyini də deyib.
Elysée sarayı cənab Makronun əsas narahatlığının "yenidənqurmanı gecikdirməmək və çətinləşdirməmək" olub və o, "bu məsələnin tez bir zamanda həll olunmalı" olduğunu söyləyib.
Saraydan həmçinin bildirilib ki, memarlar üçün beynəlxalq müsabiqə olan müasir məkan dizaynı prosesi lazımsız gecikmələrə səbəb ola bilər.
"Prezident mütəxəssislərə etibar edir və qülləni yenidən olduğu kimi qurmağı planlaşdıran baş memarın təqdim etdiyi layihənin əsas məqamlarını təsdiqləyib," - Elysee-dən bildirilib.
Kilsənin 13-cü əsrə aid damı 2019-cu ilin aprel ayında bərpa işləri zamanı yanğına məruz qaldıqda həyəcan yaratmış və dünyanın hər yerindən ianələrin göndərilməsinə səbəb olmuşdu.
"Karantin dövründə plastik əməliyyatların sayı artıb"
bu gün Azərbaycan Dünya Plastik əməliyyatlar koronavirus pandemiya epidemiyaGETTY IMAGES
Şəklin alt yazısı,Dünyanın bir sıra kosmetik cərrahiyyə edən klinikaları pandemiya dövründə kosmetik əməliyyatların sayında artım olduğunu bildiriblər
Dünyanın bir sıra kosmetik cərrahiyyə ilə məşğul olan klinikaları kosmetik əməliyyatların sayında artım olduğunu bildiriblər. Klinikalar bunu koronavirus pandemiyası vaxtı şəxslərin maska arxasında gizlənə və ya evdən işləyə bilmələri ilə izah ediblər.
Pandemiya dünyada bir çox biznesi bağlasa da, bir sıra plastik cərrahiyyə klinikaları Covid-19 testləri aparmaq və gigiyenik prosedurlara ciddi şəkildə əməl etmək hesabına fəaliyyətlərini davam etdiriblər.
ABŞ, Yaponiya, Cənubi Koreya və Avstraliyadakı klinikalarda dodaq doldurucusu, botoks, üz dərisinin gərilməsi və burun əməliyyatları da daxil olmaqla müraciət edən xəstə sayında artım müşahidə edilib.
Los-Ancelesdə dodağını doldurtmuş və yanağından yağ götürtmüş Aaron Hernandez "Karantin zamanı bu prosedurları həyata keçirməyə qərar verdim" deyib.
"Dodaq düzəltdirmək bütün kişilərin edə biləcəyi hərəkət deyil, bəzi insanlar buna başqa cür baxa bilərdilər. Buna görə də evdə qalmağı və tam sağalmağı üstün tutdum və insanlar çıxdığımda nə etdiyimi bilmirdilər."
Hernandez deyib ki, sonuncu dəfə karantindən əvvəl eyni proseduru etdikdə, o, iş üçün ictimaiyyət arasına çıxmalı olub və həmin vaxt onun dodaqları "həddindən artıq şişmiş və göyərmiş" olub.
bu gün FHN AzərbaycanFHN/YOUTUBE
Böyük Şor gölündə cümə axşamı günü görülmüş tədbirlər sayəsində 14 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb, Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verib.
Qurum bildirib ki, göldə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb.
"Verilmiş tapşırığa əsasən, nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyük Şor gölünə gətirilib. Xidmət tərəfindən, ilk növbədə, gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 50 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir." - FHN bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar