Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır!

11-07-2020, 20:33   


Ölkədə koronavirus pandemiyası ilə mübarizəni daha da gücləndirmək və əhali arasında
məlumatlılığı artırmaq məqsədilə artıq bir müddətdir ki, “e-Təbib” mobil tətbiqi istifadəyə verilib.
Bildirək ki, “Nar” abunəçiləri üçün tətbiqdən istifadə ödənişsizdir və qeydiyyatdan keçən hər bir
“Nar” istifadəçisinə 100 MB internet bonusu hədiyyə edilir.
Tətbiqdə gündəlik olaraq koronavirus pandemiyası ilə bağlı ölkədəki cari statistika ilə yanaşı, həm
də istifadəçilərin koronavirusa yoluxma ehtimalını müəyyənləşdirən sistem mövcuddur. Belə ki,
əgər istifadəçi son 14 gün ərzində xəstəliyə yoluxmuş şəxslə ünsiyyətdə olubsa, tətbiq bununla
bağlı şəxsə bildiriş göndərir və müvafiq testdən keçməyə dəvət edir. Bu, koronavirusa yoluxan
xəstələrin ilkin mərhələdə aşkarlanıb müalicə almasına və yoluxma hallarının azalmasına kömək
edəcək. Tətbiqi Playstore və Appstore platformalarından yükləmək mümkündür.
“Nar” abunəçilərini pandemiya dövründə xəstəliklə bağlı yalnız ilkin mənbədən alınmış
məlumatlara əsaslanmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl
etməyə çağırır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi
olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla)
əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli
xidmət göstərir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar