Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

1 manata görə 3 manat 50 qəpik komisyon haqq

16-07-2020, 08:37   




Məktub Azərbaycan Mərkəzi Bankının rəhbər şəxslərinə ünvanlanıb!
Bu məktubu yazmağa məni iyulun 14-də (2020) özümə məxsus Unibank debet kartımdan Kapitalbankın bankomatından kartı yoxlamaq məqsədilə 1 manat (!) pul çıxararkən hesabdan tutulan 3 manat yarım komisyon məbləğ məcbur etdi.
SMS bildirişini təqdim edirəm:

Mebleg: -1.00 AZN
Kom./Vergi: 3.5 AZN
Balans: 36.77 AZN
KAPS
2020-07-14 20:40
Kart: *2180

Gördüyünüz kimi 1 manat nağd pul çıxarışına məndən 3 manat 50 qəpik komisyon haqq tutulub. Xatırlatmaq yerinə düşər ki, əməliyyat xaricdə deyil Azərbaycanın Bakı şəhərində aparılıb.
Təbii ki, deyəcəksiniz ki, bu, minimal haqqdır [halbuki, müştərinin də minimal haqqı var, o isə heç vaxt yada düşmür], qayda belədir, vaxtında bunu bilməliydiniz və s. və i.a.
Amma 90-cı illərdən bəri Azərbaycanın Mərkəzi Bankının başında durub Azərbaycanın bank sistemini çökdürüb bugünkü eybəcər hala salanların da bilməli olduğu şeyləri indi mən sizlərə xatırladacağam:
1) Azərbaycanda baş verən dağıdıcı devalvasiyaların məsuliyyətini siz daşıyırsınız…
2) 90-cı illərdən bəri Azərbaycanın milyardlarla pul vəsaitinin problemli kreditlər şəklində oğurlanıb xaricə ofşorlara-filana daşınmasına görə də siz məsuliyyət daşıyırsınız.
3) Təkcə son zamanlar bağlanan 4 bankın problemli kredit borcları 100 milyonlarla manat təşkil edir, onları geri qaytarmaq mümkün olmayacağını körpə uşaqlar da bilir və bunların məsuliyyətini də sizlər daşıyırsınız.
4) Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin (özündən danışmıram hələ) arvadı Samirə Hacıyeva Londonda son 10 il ərzində Harrods-da 16 milyon funt (21 milyon dollardan artıq) xərcləyib. Bu, gündə 4000 funtdan çox pul deməkdir… Bütün bu talançılığın arxasında da sizlər durursunuz… [nə zamansa cavab verməli olacaqsınız bütün sadaladıqlarıma və daha artığına]
Və bunlarla belə məni kimi vətəndaşların da cibinə girib bankomatdan 1 manat pul çıxaranda 3 manat yarım pul tutun, çünki yuxarıdakılar azlıq edir sizlərə!
Götürün o 3 manat yarımı da, mənə isə ancaq o pula tüpürmək qalır!
Qeyd: Məktub Unibank və Kapitalbanka da göndərilib.
Rafiq Məmmədli,
[email protected]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar