Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

POMPEO VƏ “KÖLGƏ ŞİRKƏT”İN NÜMAYƏNDƏLƏRİ ARASINDA MƏXFİ GÖRÜŞ:Pompeonun Eduard Snouden tələbi niyə rədd edildi?

6-09-2020, 08:58   

Ərgün Dilər
“Takvim” qəzeti, Türkiyə, 03 sentyabr 2020-ci il
 
Üzərindən bir müddət zaman keçdikdən sonra sanki müəyyən sualları vermək daha mənalı olur. Təzyiq azaldıqca, mövzuları anlamaq da, anlatmaq da daha asan olur. Hadisələr dünya mətbuatında manşetləri bəzəyərkən, “Gəzi” nümayişlərinin arxa üzündə görünməyən hesablaşmanın əslində Aralıq dənizi olduğunu yazmışdım.
Təxminən 7 il əvvəl gənclər “ağacları qorumaq” üçün küçələrə çıxdıqlarını zənn edərkən, Taksimi qorumaq üçün Dolmabaxçaya  girməyə çalışarkən, Meksikadan sifariş verilən pizzaların paylandığını görərkən atəş topuna dönən meydanda heç kəs Aralıq dənizini ağlına gətirməzdi. Hər zaman da belə olardı.
Qərbə biraz kobud nəzərlə baxdığınız zaman, bir də yanına Afrikanı əlavə etdiyinizdə, bir-iki ağacdan ötrü Türkiyəyə gəlməyəcəklərini anlayardınız. Amma o vaxtlar bunu anlamaq da, anlatmaq da çox çətin idi. 120 Xarici KİV-in Taksimdə olmasının səbəbi iki ağac ola bilməzdi.  
Heç vaxt və qətiyyən bu mümkün deyildi. Əlbəttə ki, ağacları qoruyacağıq. Əlbəttə ki, ölkəmizi qoruyacağıq. Ancaq bunu edərkən ağlımızı da işlətməliyik. Hadisədən 7 il sonra Aralıq dənizində necə bir sərt düyünün yaradıldığının şahidi olduq. Əlbəttə ki, Taksimə gələn gənclərin bundan xəbəri yox idi. Küçələrə təmiz duyğularla çıxmışdılar, ancaq bəziləri yaranan bu xaosdan xeyir güdməyə çalışırdı. Zəifləmiş və gücdən düşmüş Türkiyə heç bir zaman ətrafında olan xəzinədən pay ala bilməzdi. Gələnlər bunu düşünüb addım atardı. Burda bizə düşən isə bir düşünüb, bir addım atmaq idi.
Dünən qaldığımız yerdən davam edək. Dünyanın çox böyük önəmə sahib şirkətləri öz başına qərar qəbul edə bilməzlər.  Dünyanın ən güclü simaları da heç vaxt öz başlarına qərar qəbul edə bilməzlər. Ancaq yeganə şirkət var ki, o, müstəqil qərarlar verə bilir. Hollandiya mərkəzli görünsə də, əslində 198 ölkədə fəaliyyət göstərən bir şirkət quruluşuna sahibdir. Həmin şirkət bu gün “Vitol Group” olaraq fəaliyyətini davam etdirir.
Əmtəə və enerji ticarəti ilə məşğul olan “Vitol Group”un keçmiş icraçı direktoru Yan Taylor“Hər ölkə çox önəmlidir. Bununla birlikdə, dünya coğrafi-strateji mövqeyinə görə mövcud olduğu müddətcə bəzi ölkələr həmişə vacib olacaqdır. Bu ölkələrin siyahısına başçılıq edən Türkiyədir. Türkiyəyə sərmayə qoyacağıq. Türkiyə daha da güclənən və  bölgəsinin dəyərini yaxşı bilən bir ölkədir. Bu səbəbdən də Türkiyə bizim üçün hər zaman bir prioritet olacaq “deyə bildirib. Bu mənzərə barədə  Yan Taylor təxminən 4 il əvvəl danışmışdı. Firmanın əfsanəvi nümayəndəsi əslində bizim anlatmaqda çətinlik çəkdiyimiz məsələlərə işarə edirdi. İndi bu gün Türkiyənin nə qədər strateji bir vəziyyətdə olduğunu daha dəqiq izləyirik.
“Vitol Group”enerjini idarə edən şirkətdir. Enerji həm də silahdan daha vacib qüvvədir. Silah hazırlamaq üçün enerjiyə ehtiyac var. Son zamanlarda isə enerjini əldə edə bilmək üçün silaha ehtiyac var.  Bu, həm də düzgün yanaşmadır, ancaq enerjinin effektivliyini yeni dövrdə görəcəyik. Yan Taylor Türkiyə barədə açıqlama verərkən, Qara dəniz, Egey və Aralıq dənizinin əhəmiyyətinə də toxunub. Bununla birlikdə, Türkiyədəki yeraltı qaynaqların nə qədər dəyərli olduğunu xüsusilə vurğulayıb. “Vitol Group”un Türkiyəyə yaxın olmaq istəyinin altındakı səbəb də məhz budur.
Dünyanın enerji sistemi panelini idarə edən “Vitol Group”, Türkiyənin öz başına buraxılmayacaq qədər dəyərli olduğuna inanır. Çünki Türkiyə uzun illər düz xətt üzrə gedirdi. Bu xətt Vaşinqton ilə London arasında bir tarazlıq idi. Türkiyə son illərdə bu xəttdən çəkilməyə qərar verib.
Əlbəttə ki, bu qərar Türkiyənin sevərək və istəyərək atdığı addım deyildi. Oslo görüşmələrindəki məxfi məlumatların sızmasından 17-25 dekabr əməliyyatlarına, Ərdoğanın ofisinə dinləmə cihazı yerləşdirilməsindən “Gəzi” hadisələrinə, MİT-in keçmiş rəhbər işçilərinin həbs tələbindən “Reina” əyləncə klubuna hücumə qədər,  Atatürk hava limanına hücumdan Dolmabaxça qətliamına qədər bir çox şey yaşandı. Türkiyə bütün bu əməliyyatlardan sonra öz marşrutuna daxil oldu və iki paytaxtla özü arasına məsafə qoydu.
Həm London, həm də Vaşinqton Türkiyənin özlərinə yaxın olmasını istəyirdilər. Ancaq həmin zamanlar yaşanan bir çox problemlərin əsas səbəbi Türkiyənin bu iki paytaxt arasındakı balansı gözləməməsi idi.
Türkiyədə yaşanan siyasi hadisələrin əksəriyyətinin mərkəzində ABŞ İngiltərə faktoru dayanır. Əlbəttə, bir də bunların yanına Berlini əlavə etmək lazımdır. Türkiyə indi ortaqlıq üçün çətinlik çəkir. Böyük güclər bu, və ya digər yolla ortaqlıq təklif edirlər. Türkiyə buna dirəniş göstərdikcə, təzyiq daha da yüksəlir. İki paytaxtdan birini seçmək də kifayət etmir. Digəri başqa yol ilə gəlməyə çalışır.
Buna baxmayaraq, Türkiyə son 1 ildə heç gözlənilməyən addımlar atıb. Suriya, İraq və Liviyada masanın ən əhəmiyyətli oyunçusu olduğunu göstərib. Bu səbəbdən Türkiyə indi Avropada bir hədəf halına gəlib. Türkiyə önümüzdəki günlərdə daha əhəmiyyətli addımlar atmağa qərar verib. Ən azından, Vaşinqtonda və Londonda bu təəssürat var. Avropa da bunu fərqindədir. Aralıq dənizi qiyməti sonsuz bir almaza bənzəyir. Buna görə də həm ortaqlıq təklif edəcəklər, həm də hücuma keçəcəklər. Merkelin bütün dünyanı Yunanıstanla bir olmağa çağırması kiçik bir məsələ deyil. Eynilə Papanın Aralıq dənizinə daxil olması da.
Yenə bilinən mənbələrdən gedərək, yeni bir hadisə barədə danışaq. Henk Vitor  Cek Detiger önəmli şəxslərdir. Güclü şəbəkələri var. “Vitol Group”  onları güclü mövqeyə gətirdi. O qədər güclüdürlər ki, iri bir orqanizm yarada biliblər. 2016-ci ilin sonlarında, Donald Trampın Prezident seçilməsinə 1 həftə qalmış çox önəmli biri şirkətin qapısından içəri sıza bilib. Masada iki güc var idi. “Kölgələrin kralı” olaraq tanınan Vitolun həmin gün görsənən rəhbərləri və adını tez-tez eşitdiyimiz Maykl Pompeo.
Həmin günlərdə Pompeonun adı çox da bilinmirdi. Zamanı yaxınlaşırdı, adı çox bilinməyən Pompeo, vacib bir cərəyanın nümayəndəsi olsa da, pərdənin qarşısına çıxacaqdı. Pompeo hörmətlə masada oturan rəhbərlərinə istəyini dilə gətirdi. Rusiya Prezidenti Putindən bir tələbləri var idi. Putinin bu tələbi yerinə yetirməsi üçün heç bir zaman ”yox” deyə bilməyəcəyi iki şəxsə ehtiyacı var idi və həmin o iki şəxs Pompeonun qarşısında oturmuşdu. Pompeo söhbəti çox uzatmadan  mövzunu açdı: “Sizin köməyinizlə Edvard Snoudeni Putindən almaq istəyirik. Əgər siz dəstək verməsəniz, bu, mümkün deyil. Köməyinizi əsirgəməyin”.
“Vitol Group”un görünən rəhbərləri hesab olunan bu şəxslər bir telefon uzaqlıqdakı Putindən Edvardı istəsəydi, həmin dəqiqə onu təyyarəyə mindirib, ABŞ sərhədlərinə göndərərdilər.  Bütün bunlar işıq sürətilə baş verərdi. Ancaq Pompeonun bu istəyi rədd edildi. Səbəbini heç kəs bilmir. Pompeo həmin görüşdən əliboş qayıtdı.
Edvard Snoudenin çalışdığı “NSA” (“National Security Agency” – Beynəlxalq Təhlükəsizlik İdarəsi-tərc.) bütün dünyanı dinləyirdi. Lakin toxuna bilmədiyi və ya “qırmızı kod” ilə qadağan edilən bir yeri  dinləmirdi. Həmin o yer “Vitol Group”dur. Şirkətin üzdə olan və əsas rəhbərləri “NSA”-nın “qırmızı kod” siyahısındadırlar.
Yaşanan bu hadisə “Vitol Group”un nə qədər güclü olduğunun bir göstəricisidir. Dünən də qeyd etdiyim kimi bu güclü şirkət indi Aralıq dənizindədir. Bu da işlərin qarışacağının ən böyük əlamətidir. Artıq köhnə dövr qapanacaq. Görünən odur ki, Aralıq dənizi bölüşdürüləcək. Çünki hər kəs ordadır. Ancaq Türkiyə çox güclü formada mavi sularda bayraq dalğalandırır. Bu isə hər zaman belə olacaq.
Tərcümə Strateq.az-ındır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar