Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İNFLYASİYANI SABİT SAXLAMAQ MÜMKÜN OLACAQMI? – Ekspert gözləntilərini açıqladı

9-09-2020, 13:14   





Maliyyə Nazirliyinin məlumatına görə, 2021-2024-cü illərdə Azərbaycanda istehlak qiymətləri indeksi orta hesabla 2,8% artacaq. Bu göstəriciyə əsasən Azərbaycan hələ postsovet məkanında ən yaxşı mövqelərdən birini tutur. 
MDB ölkələri Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, koronavirus pandemiyası və enerji böhranının yaratdığı iqtisadi problemlər qiymətlərdə ciddi artımla nəticələnib. Müqayisə üçün ilin birinci yarısındakı məlumatlara görə, Rusiyada orta inflyasiya səviyyəsi 3,1%, Belarusiyada 5,3%, Gürcüstanda 5,7%, Qazaxıstan 7,1%, Özbəkistanda təxminən 14% təşkil edir.
Beynəlxalq reytinq agentlikləri Azərbaycanda aşağı inflyasiya səviyyəsini konservativ pul və kredit siyasəti ilə əlaqələndirirlər. Biznesin maliyyələşdirilməsinin genişləndirilməsi zərurəti nəzərə alınmaqla, bu strategiya uzunmüddətli perspektivdə əsaslıdırmı? Ortamüddətli və uzunmüddətli inflyasiya gözləntiləri nədən ibarətdir?
Tanınmış iqtisadçı Toğrul Maşallı “AzPolitika.info”-ya şərhində Azərbaycanda inflyasiyanın hesablaması üsullarının bərbad olduğunu bildirib. Ekspert qeyd edib ki, reallığın və Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərin nə qədər fərqli olması bunu təsdiq edir.
İqtisadçı Azərbaycanda inflyasiyanın rəsmi statistikada göstərildiyindən fərqli olduğu qənaətindədir: “Əlbəttə 10 faiz deyil, amma 2 faiz də deyil. Haradasa 3-7 faiz arasında dəyişir”.
İnflyasiyanın aşağı olmasının əsas səbəblərinə gəlincə, T. Maşallı bunu Mərkəzi Bankın apardığı pul-kredit siyasəti ilə bağlı olduğunu dedi: “Amma bu siyasəti davam etdirmək mümkün olmayacaq, çünki ölkədəiqtisadi aktivliyi, dövriyyəni artırmaq lazımdır. Yəni post pandemiya dövründəpul dövriyyəsinin həcmi artmalıdır, ona görə də inflyasiya yüksək olacaq. Azərbaycanda inflyasiyaya təsiredici amillərdən biri idxalla bağlıdır. Bu il və gələn il idxalın daha da artması gözlənilir ki, bu da qiymətlərə öz təsirini göstərəcək. Bu zaman istehlak qiymətlərinin indeksi də yüksələcək”.
Ekspert vurğulayıb ki, ölkəyə xaricdən gətirilən texnika və s. malların qiyməti artacaq və burada hər hansı azalma gözləmək doğru olmazdı. 
“Ərzaq məhsullarının qiyməti hər il 5-6 faiz bahalaşırdı, qeyri-ərzaq məhsullarının sabit qalması hesabına balans saxlanılırdı. Təəssüf ki, gələn il bu da mümkün olmayacaq”-deyə Toğrul Maşallı qeyd edib.
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar