Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gələn ilin büdcəsi işğaldan azad olunan bölgələri də əhatə edir - Xocalı və Xocavənd də siyahıdadır

21-12-2020, 13:57   


Gələn ilin büdcəsi işğaldan azad olunan bölgələri də əhatə edir - Xocalı və Xocavənd də siyahıdadır

Məlum olduğu kimi, bu gün 2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.
Layihədə Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.250.000.000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 113.000.000,0 manat, yerli xərclər 859.632.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.331.550.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 54.182.000,0 manat məbləğində təsdiq edilməsi nəzərdə tutulur. Layihədə işğaldan azad olunmuş rayon və şəhərlərimiz adları da yer alıb.
Burada Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Şuşa, Zəngilan, Laçın rayon və şəhərlərinin adları salınıb. Siyahıda Xankəndi şəhərinin adı olsa da, onun qarşısının bütün kateqoriyalar üzrə boş olması nəzərə çarpıb.
Xatirə Nəsirli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar