Sizin Reklam Burada

Gecələr kabus görmək gündüzlər cəsarətli olmağa kömək edir

2-12-2019, 08:42   



bad dreamsFotonun müəllifiGETTY IMAGES

Gecələr qorxulu yuxular görmək gündüzlər beynimizin qorxulu anlara düzgün reaksiya verə bilməsinə kömək edə bilər - İsveçrə və ABŞ alimlərinin birgə araşdırması bu nəticəni ortaya qoyub.

İsveçrənin Cenevrə Universiteti və universitet xəstəxanalarının, o cümlədən, ABŞ-ın Wisconsin Universitetinin həyata keçirdiyi araşdırmada beynin yuxu növlərinə necə reaksiya verməsi öyrənilib.

BBC-nin ailə və təhsil üzrə müxbiri Sean Coughlan-ın xəbərinə görə, araşdırmaçılar psixoloji narahatlıq probleminin həllində yuxulardan istifadə edilə biləcəyini bildiriblər.


Eyni zamanda, o da qeyd edilib ki, çox qorxulu yuxular insan sağlamlığına mənfi təsir edə bilər.

Yuxular bizi real həyata hazırlayır

Psixoloji travma yaratmayacaq qədər qorxulu yuxuların faydası varmı? Araşdırmaçılar bu suala cavab axtarıblar.

250 elektrod bağlanmış 18 şəxslə yuxuları haqqında gündəlik tutan 89 nəfərə baxanda məlum olub ki, gecə yuxuda kabus görmək real həyatdakı qorxulu vəziyyətlərə adekvat reaksiya verməyə yardım edir.

Araşdırmanın "İnsan beyninin xəritələnməsi" ("Human Brain Mapping") jurnalında dərc edilən nəticələrinə görə, kabus görən insanın beynində qorxulara reaksiya verən hissə daha aktiv olur.

Alimlər aşkar ediblər ki, tez-tez kabus görmək beynin bu hissəsinin daha çox fəaliyyət göstərməsinə səbəb olur.

Cenevrə Universitetinin əməkdaşı Lampros Perogamyros deyib ki, "Yuxular qorxulu anlara reaksiyamız üçün məşq kimi də qəbul edilə bilər. Onlar bizi real həyatda qarşılaşa biləcəyimiz təhlükəli anlara hazırlayır".

Ancaq araşdırmaçılar onu da vurğulayırlar ki, müəyyən qorxu sərhəddini keçib çox qorxulu yuxuya çevrilən kabuslar hissiyyat baxımından bütün faydalı tərəflərini itirir.

Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar