Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bütün pullar bir ovuc adamın əlində cəmləşib…

21-01-2020, 08:31   
  

Dünyada kasıblığa qarşı mübarizə aparan OXFAM təşkilatının yeni hesabatına görə varlılar getdikcə daha çox varlanır, kasıbların isə sayı artır.

Virtualaz.org xəbər verir ki, təşkilatın hesabatına əsasən dünyada 2153 milyarder var və onların cəmi kapitalı dünya əhalisinin 60 faizinin, yəni 4.6 milyard adamın cəmi pulundan çoxdur. Dünyanın 22 ən varlı adamı isə Afrika qitəsinin bütün sakinlərindən daha çox kapitala malikdir.

Davos Forumu ərəfəsində açıqlanan hesabatda deyilir ki, son 10 ildə qlobal qeyri-bərabərlik daha da artıb və möhkəmlənib, milyarderlərin sayı isə iki dəfə artıb. OXFAM İndia regional təşkilatından Amitbah Behar deyib ki, varlılar və kasıblar arasında uçurumu düşünülmüş siyasət olmadan aradan qaldırmaq mümkün deyil. Onun sözlərinə görə, dünyada çox az hökumət bu uçurumu aradan qaldırmağa can atır.


Təşkilat hablə hesablayıb ki, planetin əhalisinin cəmi 1 faizi ifrat varlıdır və onların məcmu sərvəti 6.9 milyard insanın sərvətindən iki dəfə çoxdur. Təşkilatın ekspertləri qeyd edirlər ki, varlıların vergi yükünü 1 faiz artırmaqla cəmi 10 il ərzində 117 milyon yeni iş yeri açmağa, yaşlılara və uşaqlara sosial ödəmələr verməyə, təhsil və səhiyyə xərclərini artırmağa imkan verərdi.

Amitbah Behar deyir ki, dağıdılan iqtisadiyyatlar milyarderlərin və iri biznesin cibini doldurur. Sadə insanların hesabına bir ovuc adam durmadan varlanır.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar