Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İsfəndiyar Axundov qalmaqalı Fikrət Məmmədova qədr böyüdü: ŞİKAYƏT

27-01-2020, 10:47   



“Şərur” MTK və onun rəhbəri İsfəndiyar Axundov tərəfindən aldadılan bir qrup vətəndaş Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edib. Surəti cumhuriyyet.az-a göndərilən həmin müraciəti diqqətinizə çatdırırıq:
Hörmətli Cənab Nazir, 2011- ci ildə “MUR-AY” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem hörmətli Prezidentimiz İlham ƏliyevCənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdir. Bu göstəriş əsasında 29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları birgə müqavilə imzalamışlar. Rəhbərliyin göstərişi ilə “Şərur” MTK da problemin həllinə cəlb olunaraq birgə müqaviləni imzalamışdır. Müqaviləyə uyğun olraq Bakı ŞİH-ti “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı ayrırmışdır. Eləcə də Mərkəzi Bank öhtəliyə uyğun olaraq on milyon (10 000 0000 AZN) maliyə vəsaiti ayırmışdır. Lakin “Şərur” MTK üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirsə də biz 15 nəfər zərərçəkənləri mənzillə təmin etməkdən müxtəlif bəhanələrlə imtina etmişdir.
Bundan sonra 15 nəfər zərərçəkən məhkəməyə müraciət etdik. Ədalətli və qanunauyğun qərar qəbul edilməsi üçün biz, hörmətli birinci vitse Prezidentimiz Xanım Mehriban Əliyevaya müraciət etdik və bunun nəticəsi olaraq həm Bakı Apellyasiya Məhkəməsində həm də Ali Məhkəmədə iddiamız təmin edilərək mülkü hüquqlarımızın bərpası barədə qərar qəbul edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin uyğun icra vərəqəsi 11 sentyabr 2019 il tarixdə Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru Ələddin Hüseynov tərəfindən 13 sentyabr 2019-cu il tarixdə “icraya başlamaq haqda” qərar qəbul edilərək, iş üzrə borclu tərəf “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova könüllü icra üçün bildiriş verilmişdir. Bundan sonra borclu tərəf “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov barədə heç bir tədbir görülməmişdir. Bundan sonra Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə şikayət ərizəsi ilə müraciət etdik. Nurəddin müəllim isə bizi 2 ay boyunca bu gün həll edirəm, sabah həll edirəm vədləriylə aldadaraq “məğlubedilməz” İsfəndiyar Axundovu bütün gücü ilə müdafiə etməyə başladı.
Hörmətli Fikrət müəllim,
Nürəddin Mustafayevin icra haqqında Azərbaycan Respublikası qanunları ilə daban-dabana zidd hərəkətləri biz zərərçəkənləri (tələbkarları) çarəsiz qoyduğu üçün yenidən Sizə müraciət etmək məcburiyyətində qaldıq. Ədliyyə Nazirliyində sizin adınızdan bizi qəbul edən Vilayət Eyvazov Nurəddin Mustafayevə kəskin göstərişlərini verdi və dərhal məhkəmə qərarının icra olunmasını tələb etdi. Bizi qəbul otağından birbaşa Nurəddin müəllimin yanına göndərdi. Bizi qəbul edən Nurəddin Mustafayev öz göstərişi ilə Binəqədi rayon icra məmurunu dərhal dəyişdi və Ramin adlı yeni icra məmuru təyin edərək 23 yanvar 2020 ci il tarixli qərarın icra olunmasını təyin etdi . Dövlət başçısının göstərişi ilə zərərçəkənlər üçün ayırılmış ünvanda “Şərur” MTK nın inşa etdiyi binalardan mənzillərimizin bizə verilməsi üçün icra məmuru Ramin ilə görüşdük. O bizi başqa bir ünvanda mənzillə təmin edəcəyini bildirərək israrla bizi tamamilə başqa ünvana apardı. Səbəb olaraq belə izah elədi ki, rəhbərlik mənə bu göstərişi verib. Biz həmin ünvana gəlib çatdıqda, bizi icra məmuru Ramin ilə birlikdə (əvvəlcədən qurğulanmış oyun üzrə) İsfəndiyar və İmran Axundov qardaşları qarşıladı. Biz isə bu ünvanın dövlət başçısının göstərişi ilə ayırılmış ünvan olmadığını bildirərək eləcə də binanın mansart qatında təklif olunan mənzillərin ümumiyyətlə mövcud olmadığını öyrənərək bu addımı Nürəddin Mustafayevin İsfəndiyar Axundovla birgə hazırladıqları və Ramin adlı icra məmuru vasitəsi ilə həyata keçirmək istədikləri növbəti hiylədən başqa bir şey olmadığının şahidləri olaraq , yenidən sizə şikayət ərizəsilə müraciət etmək məcburiyyətində qaldıq.
Onu da qeyd edək ki, İcra Baş İdarəsində bəzi adlarının çəkilməsini istəməyən məmurların biz zərərçəkənlərə qeyri-rəsmi olaraq bildirdiklərinə görə işinizin bu idarədə düzəlməsi mümkün deyildir. Çünki, idarənin rəhbərliyi İsfəndiyar Axundovla uzun illərə dayanan çox yaxun münasibətdədirlər və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsində belə fikir yayılmışdır ki, guya İsfəndiyar Axundov tərəfindən Heyder Əliyev Fonduna külli miqdarda vəsaitlər yönəldilmiş və hal-hazırda yönəldilməkdədir. Buna görə də o heç bir qanun-qayda tanımır və ondan edilən hər hansı şikayəti vecinə belə almır.
Əlbəttə bütün bu fikirlər Nurəddin Mustafayevin öz vəzifəsini icra etməməsini ört-basdır etmək üçün uydurduğu şayələrdir. Biz, tək ölkəmiz daxilində deyil ölkəmizdən çox-çox uzaqlarda da ədalətin simvoluna çevrilmiş birinci vitse-prezidentimiz çox hörmətli xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi, saysız hesabsız xeyir əməllərə imza ataraq xalqın dərin etibarını qazanmış Heydər Əliyev Fondunun İsfəndiyar Axundov kimi dələduzlarla bağlılığına qətiyyətlə inanmırıq.
Hörmətli Fikrət müəllim, Sizdən xahiş edirik:
1. Binəqədi rayon icra şöbəsinin məmuru Ramin Hüseynovun, idarənin rəisi İlham Həsənovun və həmin idarələrə rəhbərlik edən İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin İcra haqqında qanunları kobudcasına pozduqları və vəzifə səlahiyyətlərini yerinə yetirmədikləri üçün qanuna uyğun cəzalandırılmalarına göstəriş verəsiniz.
2. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi və Ali məhkəmənin qüvədə saxladığı qərarın icra olunmasını şəxsi nəzarətinizə götürərək icrasının təmin edilməsinə göstərişinizi verəsiniz.
Hörmətlə,
1. Əsədov Əli Musa oğlu——————- AZE № 17898657 ————–
2. Əhmədov Sübhan Süleyman oğlu—– AZE № 17653442 —————
3. Cəfərov Mafisəd İltizam oğlu———- AZE № 07657528 —————
4. Abbasov İlqar Vəlican oğlu———— AZE № 16792866 —————
5. Əliyev Zəfər Əlisahib oğlu————- AZE № 16552235 ————–
6. Məmmədli Müzəffər Əli oğlu———- AZE № 05535954 —————
7. Şirinbəyova Maral Muxtarpaşa qızı— AZE № 06986323 —————
8. Abasova Seyranə Şərəfxan qızı——– AZE № 13856321 ————–
9. İsgəndərov Vidadi Təhlət oğlu——— AZE № 14504867 —————
10. Aslanova Nailə Vasif qızı————- AZE № 05611688 —————
11. Abasov Mahir Ruşan oğlu————- AZE № 18000914 —————
12. Talıbova Zibeydə Dadaş qızı——— AZE № 16004875 —————
13. Əliyev Qulamhüseyn Əlihüseyn o— AZE № 13303981 —————
14. Abıyev Anar İsrəfil oğlu————— AZE № 15427082 —————
15. Səfərov Alim Ərəstun oğlu———— AZE № 17268954 —————
27 yanvar 2020 il.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar