Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bioloji savaş dünyada Apokalipsis durumu yaradıb: Qorxu, xof və ümumbəşəri itaət texnologiyası...

1-04-2020, 20:53   


Əvvəlcə virus peyda oldu və can almağa başladı... Sonra qorxunc şayiələr yaydılar və “kəhanət”lər uydurub, sıraladılar... Dövlətləri aciz duruma düşürdülər... Dünyanı nəhəng izolyasiya məkanına çevirdilər...

Koronavirus epidemiyası hər ötən gün daha da genişlənir. Bu virus artıq hər şeyi və hər kəsi öz təsiri altına alıb. İndi bəşəriyyət öz mövcudluğunu məhz bu virusun “təklif etdiyi” həyat şərtlərinə uyğunlaşdırmaq məcburiyyətində qalıb.

Nə qədər davam edəcək, bilinmir. Hər halda, daha ağır günlərin irəlidə olduğu proqnozlaşdırılır. Hətta bu günün həyat şərtlərinin belə, bir müddət sonra əlçatmaz ola biləcəyi də iddia olunur. Yəni bəşər evladı hazırda virusdan öncəki dünya üçün necə nostalji yaşayırsa, bir müddət sonra bu günlər də eləcə arzulanan ola bilər.

Amma ümid edək ki, bu iddialar elə iddia olaraq qalacaq. Sadəcə, bu ümidlərin doğrula biləcəyi o qədər də inandırıcı təsir bağışlamır.

Məsələ ondadır ki, “koronavirus böhranı” başlandıqdan üzübəri baş verənlər istər-istəməz müəyyən şübhələr doğurmaqdadır. Xüsusilə də olayların ardıcıllığındakı şübhəli məqamlar rəngləri daha da tündləşdirir.

Hazırda bu pandemiyanın dünyaya yayılmasıyla bağlı əsasən iki önəmli versiya mövcuddur. Birinci versiya ondadan ibarətdir ki, virusun ortaya çıxması və sürətlə yayılması insan səhlənkarlığından qaynaqlanan təbii hadisədir. İkinci versiya isə bu virusun xüsusi laboratoriyada hazırlanıb, məqsədli şəkildə bütün dünyaya yayılması ilə bağlıdır.

Təbii ki, hər iki versiyanın yaşamaq hüququnu inkar etmək mümkün deyil. Ancaq kiminsə onlardan hansına inanıb-inanmamaq hüququnu da görməzdən gəlmək olmaz.

_111106840_gettyimages-693377378.jpg (13 KB) 

Virusun peyda olmasından sonrakı şübhəli məqamlar...

Məsələ ondadır ki, virusun peyda olduğu ilk günlərdən başlayaraq, bir sıra şübhəli məqamlar bir-birinin ardınca düzülməyə başladı. Əsas şübhəli məqamlardan biri yayılan şayiələrlə bağlı idi. Hələ bu virusun nə mal olduğu, hansı təhlükəni vəd etdiyi naməlum dönəmdə onun hər il təsadüf olunan ənənəvi hadisələrdən olduğu iddia edildi. Hətta ÜST müəmmalı şəkildə narahatlığa əsas olmadığını bəyanladı. Və bu virusun insandan insana keçmədiyini iddia etdi.

Bu müddətdə təbii ki, virusla savaşan Çinə səfərlər davam edirdi. Bir qədər sonra məlum oldu ki, virus insandan insana keçirmiş və öldürücüdür. Üstəlik, Çin müalicəsi olmayan bu xəstəliyin caynağında sözün əsl mənasında, çabalayırdı.

Ancaq heç kim Çinə yardım etməyə nəinki tələsmədi, heç həvəs də göstərmədi. Yəni Çini müəmmalı şəkildə bu qorxunc virusla baş-başa buraxdılar. Sanki Çinin bu planetə heç bir aidiyyatı yoxuymuş.

Amma virus sübut etdi ki, Çində baş verənlərin sən demə, bu planetə birbaşa aidiyyatı varıymış. Çünki virus artıq İranda, İtaliyada, İspaniyada, Fransada, Almaniyada və s. Avropa Birliyi ölkələrində əhali ilə “birbaşa ünsiyyət”ə başlamışdı.

unnamed.jpg (112 KB) 

Şayiələr və “kəhanət saxtakarlığı”...

Ən maraqlı məqam da bundan sonra ortaya çıxmağa başladı. Hər gün qorxulu məzmun daşıyan müxtəlif şayiələr yayıldı. Şayiələrin mənbələri isə illər öncəsinə dayanırdı. Yəni sən demə, illər öncə kimlərsə, bu virus barədə xəbərdarlıq edibmiş. Halbuki bir müddət sonra “keçmişdən gələn xəbərdarlıqlar”ın əksəriyyətinin saxta olduğu ortaya çıxdı.

Məsələn, 39 il əvvəl, amerikalı yazar Dean Koontz tərəfindən 1981-ci ildə nəşr olunmuş "The Eyes of Darkness" (Qaranlığın Gözləri) adlı kitabda bu günkü olayların eynilə təsvir edildiyi iddia olunurdu. Hətta bu barədə bəhs olunmuş “səhifənin məzmunu” dünya mediasında da tirajlanırdı.

Sonra məlum oldu ki, o kitab kimlərsə tərəfindən saxtalaşdırılıb. Yəni, eyni kitabın bir nüsxəsini ilk çap tarixi ilə nəşr edib, həmin “yazarın doğrulan kəhanəti” barədə “əfsanə” yaradıblarmış.

Halbuki həmin kitabın “fırıldaq nəşr”ində haqqında danışılan “Wuhan-400” virusu (guya hadisələr Çinin Wuhan şəhərində cərəyan etdiyi üçün qorxunc virus belə adlandırılıbmış) və onun törətdiyi fəlakətlər uydurulubmuş.

Kitabın orjinal nəşrində isə əslində, “Qorkiy-400” virusu və törətdiyi fəlakətlər barədə bəhs olunubmuş. Kimlərsə bunu tez-tələsik dəyişdirərək, Çinin Uhan şəhərində baş verənlərə uyğunlaşdırıbmış. Üstəlik, burada dünyanı gözləyən fəlakətlərlə bağlı müəyyən qorxuducu mesajlar verməyi də qətiyyən unutmayıblar.

Əslində, bütün bu şayiə və kəhanətlərdə əsas məqsədin də elə insanların qorxudulmasına nail olmaqdan ibarət olduğu açıq-aşkar ortadadır. Yəni belə anlaşılır ki, kimlərsə, sayiə texnologiyası üzərindən məqsədli şəkildə dünyada bir xof yaratmağa, insanları qorxu içərisində saxlamağa çalışırlar.

blobid1499809142798-1205a5df5bb995e707b43b014f3f721f.jpg (101 KB) 

Dünya nəhəng izolyasiya məkanına çevrilib

Təəccüblü deyil. Axı, qorxu, xof ən güclü təsir vasitəsidir. Dünyada qorxunun qarşısında tab gətirə biləcək, zehniyyət mövcud deyil. Bu baxımdan, qorxu və xof ən effektli girov alma, tabe etdirmə vasitəsidir.

Bax, həmin şayiə, qorxu və ümumbəşəri itaət texnologiyası ilə bütün dünyanı xof içərisinə sürükləyənlər Apokolipsis durumu yaradaraq, indiki mərhələ üçün öz hədəflərinə çatıblar. Çünki bütün bəşəriyyət artıq qorxu və ümidsizlik içərisindədir.

Vaxtilə qloballaşan dünya artıq lokallaşıb, dövlətlər sərhədlərini bərk-bərk bağlayıb, bir-biriylə hər çür əməkdaşlığı kəsib. Küçələr boşalıb, insanlar evlərinə çəkilib, qapılarını qapadıblar. Yəni müasir dövlətlər, hətta bütün dünya nəhəng izolyasiya məkanına çevrilib.

Bəs, bundan sonrası necə olacaq? Bu vəziyyət nə vaxt normala dönəcək?

Bu sualların cavabları təəssüf ki, hələlik mövcud deyil. Sadəcə, müəyyən ehtimallar var ki, virusun nisbi nəzarətə alınması təxminən iyul-avqust aylarında mümkün ola bilər.

trump_tramp2.jpg (110 KB) 

Donald Trampa inanmaq olarmı?

Ancaq ABŞ prezidenti Donald Tramp bu ehtimallara bəslənən ümidləri dərhal “suya düşürdü”. O, bildirdi ki, “Avqust ayında kabusun bitəcəyinə ümid edirsiniz. Ancaq bu kabus düşündüyünüzdən daha uzun çəkəcək”.

Əlbəttə, bəziləri bu açıqlamasına görə D.Trampı qınadılar, hətta ələ salanlar da oldu. Ancaq unutduqları bir önəmli məqam var idi ki, bu adam dünyanın ən güclü superdövlətinin lideridir. Və o, gündəlik ən dəqiq məlumatlarla təmin olunur. Deməli, o, bir şey deyirsə, bu barədə əvvəlcədən məlumatlandırılıb və Ağ Ev sahibini ciddiyə almağa dəyər...

Yeri gəlmişkən, epidemiyanın tüğyan etdiyi digər nüfuzlu dövlətlərin başçıları da qəribə açıqlamaları ilə diqqət mərkəzinə düşdülər. Məsələn, İngiltərə baş naziri Boris Conson bu virusa əhəmiyyət verməyə ehtiyac olmadığını bəyanladı, hətta onun təhlükəli olmadığını da iddia etdi.

Ancaq bir anda İngiltərə cəmiyyətinin sərt təpkiləriylə üzləşdi. Və B.Conson dərhal geri çəkilməli oldu: “Əlbəttə, bu virus ciddi təhlükə mənbəyidir. Ona görə də bəzi yaxınlarınızı vaxtından əvvəl itirməyə hazır olmalısınız”.

Almaniya kansleri Angela Merkel isə xalqı ilə dürüst olmağı üstün tutdu: “Əhalimizin 80 faizinin yoluxma ehtimalı tamamilə realdır. Hər kəs, hər şeyə hazır olmalıdır”.

Təbii ki, həm B.Conson, həm də A.Merkel, hətta “Biz bu kabusun qarşısında acizik” deyən Fransa prezidenti E.Makronun dedikləri ciddiyə alınmalıdır. Çünki onlar güclü kəşfiyyat strukturlarına sahib olan ölkələrə liderlik edirlər. Və onlar nə baş verdiyini çox gözəl bilirlər.

Onlar bilirlər ki, bu virus laborator bir icaddır və bu “düşmən”i də məhz onun əsl səhnəarxası sahibləri durdura bilərlər. Sadəcə, “düşmən”in sahiblərinin bu prosesə nə vaxt “stop” verəcəklərindən əmin deyillər. Ona görə də hamını daha uzunmüddətli prosesə hazır olmağa çağırırlar.

9_12211780616.jpeg (211 KB) 

Səssiz, qəddar və qaydasız savaş...

Cünki zamanla bağlı şübhələri olsa da, hədəflə bağlı məlumatları olmamış deyil. Əslində, indi məntiqi olan hər kəs planetdə bir səssiz, qəddar və qaydasız savaşın başladıldığını və hədəfin isə dünyanı fərqli, rəqiblərsiz idarə etmək oldunu təxmin edə bilir.

Biz son iki ayda artıq bu bioloji savaşa, dünya düzəninin dəyişdirilməyə və yenidən dizayn edilməyə çalışılmasına bir neçə məqalə həsr etmişik. Və bəziləri bunu təxəyyülün məhsulu hesab edirdilər.

Ancaq Türkiyə prezidenti R.T.Ərdoğan bütün bunların real olduğunu açıq mətnlə təsdiqlədi. O, bildirdi ki, bəşəriyyət “gözə görünməz düşmən”lə savaş vəziyyətindədir, dünya düzəni dəyişdirilir və artıq heç bir şey əvvəlki kimi olmayacaq.

Diqqət edin, Ərdoğan “dünya düzəni dəyişir” demir, “dəyişdirilir” deyir. Yəni, açıq ünvan göstərməsə də, baş verənlərin səhnəarxasından idarə edilən proses olduğuna eyham vurur. Nəzərə almaq lazımdır ki, Ərdoğan dövləti adına G20 toplantısına qatılan 20 dünya liderindən biridir. Həm də dünyada ən məlumatlı 20 siyasi persona sırasına daxildir.

Bəs, Rusiya prezidenti V.Putinə nə deyirsiniz... Cəmisi bir neçə gün öncə o da təminən Rusiya əhalisinə eyni məzmunlu müraciətlə xəbərdarlıq etdi: “Dünyada xoş olmayan proseslər cərəyan edir. Artıq aydındır ki, daha əvvəlki dünya olmayacaq. Bizi daha ağır günlər gözləyir. Hər birimiz buna hazır olmalıyıq. Ancaq biz əlimizdən gələn hər şeyi edəcəyik ki, bizim Rusiyamız daim yaşasın”.

1585229351_001.jpeg (69 KB) 

Nəhəng dövlətlər dünyanın başına gələnlərin və ya gətirilənlərin fərqindədirlər

Görüngüyü kimi, olduqca pessimist və çoxmənalı açıqlamadır. Amma V.Putin bu açıqlamanı verərkən qətiyyən həyacanlı və gərgin görünmürdü. Əksinə, özünü tam sakit və soyuqqanlı göstərməyə çalışırdı.

Rusiya prezidentinin kəşfiyyatçı keçmişini və hazırda ən məxfi məlumatlara əli çatdığını nəzərə aldıqda, bu, qətiyyən təəccüblü deyil. Şübhə doğurmur ki, V.Putin dünyada nə baş verdiyini tam təfsilatıyla bilir. Gələcəyi də təxminən təsəvvür edir. Ölkəsini nə gözlədiyindən də xəbərdardır. Müqavimət göstərməklə Rusiyanı bu fəlakətdən yayındırmağın mümkünlüyünə inanır və bu səbəbdən də öz soyuqqanlılığını qoruya bilir.

Məsələ ondadır ki, Rusiya, Türkiyə, İngiltərə, Almaniya və Fransa kimi güclü dövlətlər bu hadisələrin baş verəcəyindən böyük ehtimalla əvvəlcədən məlumatlı olublar. Hər halda, bu ölkələrin xüsusi xidmət servislərinin imkanları hər kəsə məlumdur. Bu ölkələrin kəşfiyyat qurumları baş verən və baş verə biləcək olaylar barədə məlumatları ən xırda detallarına qədər araşdırıb, təhlil edib, qərarverici dairələrə təqdim edirlər.

Yəni bütün bunlar onu göstərir ki, nəhəng dövlətlər dünyanın başına gələnlərin və ya gətirilənlərin fərqindədirlər. Bacardıqları qədər müqavimət göstərməyə çalışdıqları da müşahidə edilir.

Ancaq gücləri yetəcəkmi? Yoxsa, bioloji silahla üçüncü dünya savaşını başlatan “dərin güclər”in qarşısında əsir-yesir durumuna düşəcəklər? Həmin “dərin güclər”in əsas hədəfi nə ola bilər?

Bu suallara və daha artığına növbəti yazımızda cavab tapmağa çalışacağıq...

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar