Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlham Əliyev Vladimir Putinə niyə zəng edib? Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycanda səfərdədir

13-08-2020, 13:12   



bu gün Ilham Əliyev Vladimir Putin telefon zəngi Azərbaycan Rusiya Ermənistan siyasətPRESIDENT.AZ
Şəklin alt yazısı,Foto.Arxiv Ilham Əliyev və Vladimir Putin
İlham Əliyev Vladimir Putinə niyə zəng edib? Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycanda səfərdədir, Bu gün keçirilən qəbul imtahanına kimlər buraxılmaya bilər? - bu və ya digər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında.

Rusiyadan Ermənistana intensiv hərbi yük daşınır?

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə bu ölkədən Ermənistana daşınan hərbi təyinatlı yüklərlə bağlı zəng edib.
Prezident Adminstrasiyasının mətbuat xidməti çümə axşamı günü yaydığı məlumatında bildirir ki, İlham Əliyev Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək bu günədək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olması məsələsini aydınlaşdırmaq istəyib.
Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatdıqdan sonra, "iyulun 17-dən indiyədək Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb".
İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib, bildirib ki, Ermənistanın "növbəti təcavüz aktı nəticəsində" Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olub.
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü də Rusiya Prezidentinin diqqətinə çatdırıb, mətbuat xidməti bildirir.
Putinin İlham Əliyevin Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması ilə bağlı suallarına hansı cavabı verdiyi bəlli deyil.
Azərbaycan Prezident Adminstrasiyasının mətbuat xidməti yalnız onu bildirib ki, telefon görüşməsində Prezidentlər Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyətlərini ifadə ediblər.
Azərbaycan-Ermənistan sərhəddində iyulun 12-də başlayan və 5 gün davam edən döyüşlərə görə hər iki tərəf bir-birini ittiham edir.
Bu döyüşlər zamanı Azərbaycan biri general olmaqla 10-dan çox hərçisini və bir mülki şəxsini, Ermənistan isə 5 hərbçisini itirib.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Bakıdadır

bu gün Azərbaycan Hulusi Akar Ilham ƏliyevANADOLU AGENTLIYI
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir yüksək rütbəli şəxsləri və hərbi heyəti ilə birgə Azərbaycanda səfərdədir.
Türkiyənin Anadolu Agentliyi xəbər verir ki, nazir Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə Naziri Zakir Həsənov və digər azərbaycanlı rəsmilərlə görüşüb.
Media yazır ki, cümə axşamı günü "Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək".
Azərbaycan və Türkiyə Arasında hərbi təlimlər iyulun sonunda başlayıb.
Azərbaycan Müdafiə Nazirliyinə görə, birgə manevrlər hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq illik plana əsasən keçirilir.

Bu gün 19 min nəfər qəbul imtahanı verir

bu gün AzərbaycanAZERTAG
Bu gün bu ilin və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir, Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.
Qurum bildirir ki, "imtahanların təşkil edilməsi üçün ümumilikdə 84 imtahan binası, 1450 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1882 nəzarətçi-müəllim, 168 buraxılış rejimi əməkdaşı, 84 bina nümayəndəsi ayrılıb," - məlumatda deyilir.
"İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır," - qurum bildirir.

İmtahanlar saat 11:00-da başlanır və 3 saat davam edir. İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Dövlət İmtahan Mərkəzi "kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə" imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edildiyini və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxtın göstərildiyini bildirib.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
  •  İmtahana buraxılış vərəqəsini;
  • Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);
  • şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
  •  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
Azərtac yazır ki, "ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılacaq".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar