Sizin Reklam Burada

Ramiz Mehdiyev niyə geri çəkildi?

12-09-2020, 08:36   


Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), prezidenti, akademik Ramiz Mehdiyev son iki gündə gündəmin ən çox müzakirə olunan fiquruna çevrilib. ANAXEBER.info bildirir ki, diqqətin yenidən Ramiz Mehdiyevə fokuslaşması “Təzadlar” qəzetində onun adından sərt fikirlərin tirajlanması ilə bağlıdır.  Qəzet yazır ki, akademik barədə səslənən ittihamlara cavab almaq üçün ona müraciət edilib. Ramiz Mehdiyev isə onun ittiham edənləri “nankor” adlandırıb və onları məhkəməyə verəcəyi bildirib və barələrində əlində olan faktları açıqlaya biləcəyinə işarə edib. Ramiz Mehdiyevin adından yayılan bu fikirlər sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Siyasi analitiklər AMEA prezidentinin hədə tonlu fikirlərini onun artıq “ən yaxşı müdafiə hücumdur” taktikasını işə salması kimi qiymətləndiriblər. Həmçinin onun barəsində ittiham səsləndirənləri kompromatla hədələməsi bu hücumda əsas silahın şantaj olacağı barədə mülahizələr irəli sürülüb. Maraqlıdır ki, həmin fikirlərin yayılmasından bir gün sonra bir gün sonra AMEA açıqlama yayaraq Ramiz Mehdiyevin “Təzadlar” qəzetinə açıqlama vermədiyini bildirib. Lakin qəzetin baş redaktoru Asif Mərzili akademikin dediklərini yalanlayıb. Nəzərə alsaq ki, “Təzadlar” qəzetinin baş redaktoru AMEA prezidentinin onlara açıqlama verdiyini və həmin fikirləri səsləndirdiyini israrla bildirir  o zaman Ramiz Mehdiyevin səmimiliyinə şübhə yaranır. Digər tərəfdən, inandırıc deyil ki, hansısa media,  o cümlədən “Təzadlar” qəzeti indiki həssas dönəmdə son günlərin ən qalmaqallı personasına çevrilən və onunla bağlı istənilən məlumatın rezonans doğurduğu bir şəxsin adından onun demədiyi fikirləri tirajlasın. Bu da Ramiz Mehdiyevin həmin fikirləri səsləndirdiyini düşünmək üçün tutarlı arqumentdir. Bəs o zaman AMEA prezidenti nədən geri çəkilib? Düşünmək olar ki, siyasi kluarlarda Ramiz Mehdiyevin hədəsinə qarşılıq verilib. Onun da barəsində hansısa faktların ictimailəşdirilə biləcəyi diqqətinə çatdırılıb. Yaxud da akademik səsləndirdiyi fikirlərin geniş müzakirələrə səbəb olduğunu və məsələnin getdikcə əndazədən çıxmasından əndişələnib. Bu əndişə güman ki, cavab “atəşi”nin sərrast ola biləcəyindən yaranıb. Ona görə də, dediklərini təkzib etməklə gərginliyin nisbətən azalmasına çalışıb.

ANAXEBER.info 
Turan
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar