Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

YENİ DÜNYA NİZAMININ MƏRKƏZİ ARALIQ DƏNİZİ OLACAQ –Bu dənizə sahib olan 5 qitəni də idarə edə biləcək

21-09-2020, 09:02   

Ərgün Dilər
“Takvim”, Türkiyə, 19 sentyabr 2020-ci il
 
Yenə Aralıq dənizindən yazıram. Heç tərəddüd etmədən yazmağa davam edəcəm. Çünki daxildəki hadisələri anlamamaqda və qısır mübahisələr etməkdə dirənən geniş bir kütlə vardır. Həyatı yalnız müxalifət eynəyilə baxaraq anlaya, hər şeyə qulp qoyaraq hərəkət edə bilməzsiniz. Öncə anlamaq, sonra mövzu haqqında söz söyləmək daha yetkin davranışdır. Təbii, bu, mənə görə belədir. Bunun adamdan adama, partiyadan partiyaya dəyişdiyi də ortadadır.
Aralıq dənizi məsələsi Türkiyə və Yunanıstanın yer alacağı bir masada çözülə bilməz. Çünki bu məsələ Yunanıstanın boyunu çox aşan bir məsələdir. Lakin bilmirlər. Rum kəsimi də bir dovşandır, önümüzə atılan bir alətdir. Öz daxillərində də bunu bilənlər yox deyil, vardır. Amma vəzifələri budur. Öncə borc, sonra əmr alırsan.
Gəlin, məsələni başqa ölçüdə – müstəvidə ələ alaq. Çünki çox maraqlı bir ittifaq yaranıbdır. Bunu bilmədən baş verənləri anlamaq şansımız heç yoxdur.
Sadə bir sualla başlayaq: “Aralıq dənizində hansı ölkələr vardır? Daha doğrusu, Aralıq dənizindəki yataqlarda hansı ölkələrin haqqı vardır?”
Araşdırmalara və beynəlxalq hüquqa görə, Türkiyə, Yunanıstan, Tunis, Əlcəzair, Misir, Livan, Suriya, Liviya, İsrail və Kiprin hər iki kəsiminin… Bu, əlbəttə, doğrudur. Haqqı olan ölkələr bunlardır.
Yaxşı, bəs Aralıq dənizində hansı önəmli şəxslər vardır? Bilirsinizmi? Məncə, bilmirsiniz. Bu şəxslər Ceykob Rotşild, Peqqi Rokfeller, Rupert Merdok, Dik Çeyni, Corc Soros, Nat Rotşild, Maykl Steynhardt, şahzadə Salman, BƏƏ-nin vəliəhd şahzadəsi Nahyan və digərləridir. Hamısını yazsaq, siyahı uzanıb gedər. Bir çox məsələdə qarşı-qarşıya gələn bu şəxslər Şərqi Aralıq dənizində qol-qola girdilər. Hamısının enerji şirkətləri vardır. Ancaq hamısı “EastMed boru xətti layihəsi”nin yalançı şirkətləri olan DEPA və “Edison”-a ortaqdırlar. “Şərqi Aralıq dənizi boru xətti” adı ilə də tanınan bu layihə həm quruda, həm də dənizdə həyata keçirilməlidir. Şərqi Aralıq dənizində olan qaz ehtiyatlarının onunla Kipr və Girit adaları üzərindən Yunanıstana, oradan İtaliyaya, sonra  da bütün Avropaya daşınması, paylanması nəzərdə tutulur. 3 km dərinlikdə döşənməli olan boru xəttinin uzunluğu 1900 km olacaq. Hədəf ildə 10 milyard mtəbii qaz daşımaqdır. Boru xəttinin 7 milyard dollara başa gələcəyi və tikintisinin 7 il çəkəcəyi təxmin edilir.
Elə bu arada səhnəyə Türkiyə Cümhuriyyəti çıxdı. Əlini Liviyaya uzatdı. İki ölkə arasında imzalanan anlaşma “EastMed boru xətti”nin keçəcəyi dəniz sərhədlərini tamamilə nəzarət altına almağa imkan yaratdı. Ankara bu sərhəddin pozulmasına əsla izin verməyəcəyini də elan etdi. Türkiyənin bu həmləsi qlobal bir oyunu pozduGedən mübarizə də, müharibə də bununla bağlıdır. Anlaşılması çətindirmi? Məsələ qarışıqdırmı? Ağılagəlməz bir məsələdirmi? Xeyr. Bəsit, açıq və aydındır. Yetər ki, anlamaq istəyəsən…
Davam edək. Yunan qaz şirkəti DEPA ilə yaradılan “Poseidon” konsorsiumunun önəmli şirkəti olan italyan “Edison” şirkətinin həqiqi sahibləri Ceykob Rotşild, Peqqi Rokfeller, Rupert Merdok, Dik Çeyni, Corc Soros, Nat Rotşild, Maykl Steynhardt, şahzadə Salman və BƏƏ-nin vəliəhd şahzadəsi Nahyandır. Dünyanı idarə etdiyi iddia edilən bu şəxslərin koronavirusun yeni eşidilməyə başladığı dekabr ayında (2019-cu ilin – red.) İtaliyanın açıq sularında görüşdüyü də gizli deyildir. “Poseidon” konsorsiumunun Milanda keçirilən toplantısına məsləhətçilərini göndərən bu heyət əsil toplantını Siciliya adasının açıq sularında keçirdi. Bunu bilirikmi? Heç güman etmirəm. Bu qədər güclü adamı bir toplantıda görüşdürə biləcək yeganə güc Aralıq dənizi ola bilərdi. Elə də oldu. Bu toplantı Aralıq dənizindəki trilyon dollarlıq enerji qaynaqları üçünmü keçirildi? Qismən “bəli”, ancaq toplantının əsil səbəbi yeni dünya nizamının mərkəzinin Aralıq dənizi olması idi.
Nə üçün Aralıq dənizi? Bu sualın cavabını da ağıllı adamlar verir. Aralıq dənizi dünyanın yeni marşurutunda əvəzsiz bir fürsət olaraq görünür. Pula və gücə olan yaxınlığı ilə bağlı, Aralıq dənizinin dəyəri tam anlamı ilə 20 il sonra anlaşılacaq. Ceykob Rotşild, Peqqi Rokfeller, Rupert Merdok, Dik Çeyni, Corc Soros, Nat Rotşild, Maykl Steynhardt, şahzadə Salman və BƏƏ-nin vəliəhd şahzadəsi Nahyanın öz komandalarına verdiyi tapşırıqla aparılan araşdırmalar da eyni nəticəni verdi. 2019-cu ilin son günlərində Ceykob Rotşildin dilə gətirdiyi “Aralıq dənizinə sahib olan 5 qitəni də idarə edər” sözləri Siciliyanın açıq sularında əks-səda vermişdi. Ceykob Rotşild həmin toplantını “Aralıq dənizi şurası” adlandırdı.
Aralıq dənizi Avropanın can damarı durumundadır. Gələcəkdə Avropanın yeganə enerji qaynağı olacaqdır. Afrikanı da “ovucunun içinə alan” Aralıq dənizi Asiyanın dünyaya açılacağı qapı olaraq görülür. Hər yerdə Aralıq dənizi müzakirə edilir. Bu məsələnin Yaponiyada da önəmli siyasətçilərin gündəliyində olması təəccüblü deyildir. Neft qiymətlərinin 10 dolların altına düşdüyü bir vaxtda bəziləri Aralıq dənizinin dəyərsiz olduğunu düşünürdü. Neftin qiyməti 1 dollara düşsə də, Aralıq dənizinin dəyərində dəyişiklik olmaz. Bu səbəblə, Avropa Yunanıstan və Cənubi Kipri qabağa verərək, Türkiyəni hədəf seçdi. Çünki Türkiyə regionun təsirli gücüdür. Türkiyənin Aralıq dənizindən pay alması bütün güc balansını dəyişdirir.
Onu da qeyd edək ki, “Aralıq dənizi şurası”nın toplantısında Türkiyə əleyhdarları olduğu kimi, onunla ortaqlıq qurulmasını istəyənlər də var idi. Siyahıya baxmaqla kimin Türkiyə tərəfində olmasını anlamaq çətin olsa da, həqiqət belədir.
Əgər koronavirusun təsiri bu qədər sürətli olmasaydı, 2020-ci ilin dekabrında yenə Siciliyanın açıq sularında keçiriləcək olan “Aralıq dənizi şurası”nın toplantısı eyni şəxslərin iştirakı ilə baş tutacaqdı. Ancaq indi məsləhətçilər bir toplantıda görüşəcək. Nə zaman? 2020-ci ilin dekabrında. Həmin toplantıdan sonra Aralıq dənizinin gələciyilə bağlı yeni dövrün işarətlərini anlayacağıq. Durum belədir. Aralıq dənizi haqqında israrla yazmağımın səbəbi də budur. Müxalifətçilik etmək istəyənlər davam edə bilərlər. Ancaq anlamaq istəyənlər üçün mənzərə ortadadır.
Tərcümə Strateq.az-ındır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar