Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağda atəşkəs: Xankəndində nə deyirlər? -BBC Ruscanın müxbiri yazır

14-10-2020, 08:35   


  • İlya Barabanov
  • BBC Rusca xidməti


Stepanakert Xankəndi
Stepanakert (Xankəndi) sakinləri 10-11 oktyabr gecəsini yenə zirzəmilərdə keçirib. Şənbə günü saat 12: 00-dan etibarən elan edilən atəşkəs bir sutkadan az davam edib. Azərbaycan tərəfi Gəncə şəhərinin yenidən atəşə tutulduğunu, nəticədə bir yaşayış binasının dağıldığını, ən azı 9 nəfərin öldüyünü bəyan edərək pozuntuda Ermənistanı günahlandırıb. Erməni hərbçiləri şəhərə atəş açdıqlarını inkar edirlər.
Şənbə günü günortadan sonra Stepanakertdə (Xankəndi) uzun müddət ərzində ilk dəfə olaraq hava hücumundan həyəcan siqnalı verilməyb. İki həftə ərzində zirzəmilərdə qalan bir çox sakin küçələrə çıxmağa və mənzillərinə qalxmağa başlayıb.
Atışma zamanı dağılan elektrik stansiyasından keçən yolun kənarında üç təqaüdçü ilə görüşürük, onlar son xəbərləri müzakirə edirlər və hərdən bir həyəcanla göyə baxırlar.
Sargis bir gün əvvəl qonşuları ilə birlikdə zirzəmidə ad gününü qeyd edib: "Dünən 70 yaşım tamam olub. Bir dovşan kəsdik, kartof bişirdik, arağımız isə həmişə var. Ad günü necə qeyd olunur, elə qeyd etdik".
Sargis
Şəklin alt yazısı,Sargis ad gününü zirzəmidə qarşılayıb
"Biz bu binada yaşayırıq, -yaxındakı beşmərtəbəli binaya işarə edir. - Ancaq indi mənzillərdə qalmaq təhlükəlidir, biz zirzəmidəyik. Bu iki həftənin hamısını zirzəmidə yaşadıq. Birinci müharibə zamanı səkkiz ay zirzəmidə qaldıq".

Zirzəmidə yaşlı kişilər

"Hər gün bir [mərmi] düşür: bir gün orada, sonra burada, sonra orada, - həmsöhbətim Gevorg deyir. - Səhər saat 7-də şəhəri bombalamağa başladılar. Mənim evim zədələnməyib, qonşunun evinə dəyib. Onlar kimə atdıqlarına baxmırlar, sadəcə atırlar".
Stepanakert Xankəndi
Gevorg və Sargis Moskvadakı danışıqların ardından elan edilən atəşkəsin davamlılığına inanmırlar. Şənbə günü Stepanakertdə (Xankəndi) sakitlik olmasına baxmayaraq, cənubda, Hadrut şəhərində atışma davam edib, səhər tezdən isə Ermənistanın Kapan şəhəri yaxınlığındakı kəndlər atəşə tutulub.
Sargis son iki həftədə yaşadıqları şəraiti göstərmək üçün bizi evinin zirzəmisinə aparır. "Bura bizim tualetimizdir," - deyə həyətin hasarlanmış ərazisini göstərir.
"Buradan xəbərlər alırıq," - köhnə kasetli maqnitofonu göstərir. - Su borusu partlayıb, suyu özümüz daşıyırıq. Sonra əyilməyinizi xahiş edirəm, bura bizim zirzəmimizdir. Bura yeməkxanadır".
Elan edilən atəşkəsə baxmayaraq, zirzəmidə hələ də bir neçə yaşlı qadın qalır. Onlar mənzillərinə qalxmaqdan çəkinirlər və adlarını açıqlamamağı xahiş edirlər.
"Ümumiyyətlə, atəşkəs varmı?- onlardan biri soruşur. - Atəşkəsin olduğunu dəqiq bilsəydik, çıxardıq, evə gedərdik. Bilmirik. Bəlkə, bomba atılacaq? Səhər sirena çalınırdı".
"Birinci müharibədə də burada idik, ikinci müharibədə də, artıq üçüncü müharibəni yaşayırıq, - onun qonşusu deyir. - Ümid edirəm ki, bu, sonuncusu olacaq və bizi tanıyacaqlar. Bu qədər insan yazıq deyil ölür? Qaçanda yıxılmışam. Sifətə baxın. Mən niyə yıxılmalıyam? Uşaqlarım orada vuruşur, mən isə heç nə bilmirəm, onlara zəng etmək mümkünsüzdür."
Qadınlar fincan və şokolad düzülmüş bir masa ətrafında oturublar. Divar boyunca borulara şamlar yapışdırılıb, elektrik enerjisi kəsiləndə onu əvəz etmək üçün...
Atışma zamanı elektrik stansiyanın ofisi dağıdılıb
Şəklin alt yazısı,Atışma zamanı elektrik stansiyasının ofisi dağıdılıb
Zirzəmi sakinləri bir neçə gün əvvəl evlərinin qarşısındakı elektrik stansiyasının ofisinin bombalandığını deyirlər. Ertəsi gün isə bir mərmi yaxınlıqdakı dükanına dəyib, dükan tamam yanıb.
"Biz cəbhə xəttində deyilik, ancaq şəhərə nə qədər dron uçduğunu görürük. Neçə helikopter, təyyarələr uçur. Mülki əhali ilə belə olarmı?"

"Düşmənlə bəxtimiz gətirməyib"

Uzaq olmayan məsafədə partlayışdan bir yaşayış tikilisi dağılıb, yolda isə bir mərtəbəli ev boyda quyu qalıb.
Stepanakert
Biz onun kənarında gəzərkən bir yaşlı qadın qarşıdakı evin pəncərəsindən əlini yelləyir və bizi qonaq çağırır.
Arleta Mirzoyan bütün ömrü boyu Qarabağda yaşayıb və müharibə başlayanda heç bir yerə köçməyi düşünməyib. Uşaqların hamısı Ermənistana aparılıb, o isə digər yaşlı insanlarla birgə atışma olan günlərdə zirzəmidə qalıblar.
O deyir ki, iki oğlu və iki nəvəsi cəbhədə döyüşdüyünə görə buradan gedə bilməyib: "Sərhəddə fərqli yerlərdədirlər, onları necə tərk edib buradan çıxa bilərəm? Mümkün deyil".
Arleta çay dəmləyir, bizi mürəbbəyə qonaq edir və deyir ki, onun nəvələri üçün bu, artıq ikinci müharibədir: onlar 2016-cı ilin yazında Dağlıq Qarabağda o vaxt baş vermiş toqquşmada iştirak ediblər.
Onlardan birinin o zaman 18, digərinin 20 yaşı var idi: "O vaxt döyüşüblər. İndi də könüllü olaraq vətənlərini qorumaq üçün Ermənistandan bura gəliblər".
Arleta Mirzoyan
Şəklin alt yazısı,Qarabağ sakini Arleta Mirzoyan atışma zamanı zirzəmidə qalır və heç yerə evakuasiya olunmaq istəmir
Arleta mamaça olduğunu deyir: "Böyük bir ailəmiz var, sülhün olmasını və burada uşaqların ölməməsini istərdim - bu, dəhşətdir".
Arleta qonşularından birindən atəşkəsin iki gün davam edəcəyini eşidib, BBC müxbirlərinin görüşdüyü digər Stepanakert (Xankəndi) sakinləri 72 saatlıq atəşkəsin olacağını deyiblər.
Ancaq gecə Dağlıq Qarabağın "paytaxtı" yenidən atəşə tutuldu və sakinlər zirzəmilərə qayıtmalı oldular.
Stepanakert Xankəndi
Tanınmamış "DQR-in XİN"-ində BBC-nin həmsöhbəti yeni atışmanın atəşkəsin sona çatması və döyüş əməliyyatlarına qayıdış deməkdirmi sualına belə cavab verib: "Bunu söyləmək çətindir, amma ən azından baş verənlər atəşkəsə əməl etməkdən uzaqdır. Hələ tələsməyək, görərik, bu dəfə nə düşünəcəklər. Düşmənlə bəxtimiz gətirməyib, bu qədər".
Ermənistan Azərbaycanı atəşkəsi pozmaqda günahlandırır. Azərbaycan da öz növbəsində bildirib ki, erməni hərbçiləri Gəncə şəhərini atəşə tutdublar və bu, atəşkəsin pozulmasına gətirib çıxarıb.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi 30 ilə yaxındır ki, etnik ermənilərin nəzarəti altındadır. Azərbaycan-Ermənistan arasında 1994-cü ildə atəşkəs imzalansa da, tərəflər arasında hərbi toqquşmalar səngiməyib. Bu günə qədər Amma ən iri toqquşma 2016-cı ilin aprelində baş verib və 4 gün çəkib. O zaman hər tərəfdən 100-ə yaxın hərbçinin həlak olduğu bildirilirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar