Sizin Reklam Burada

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

15-10-2020, 00:00   


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Virtualaz.org bildirir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd edilib ki, tərəflər Dağlıq Qarabağda siyasi prosesin fəallaşmasını müzakirə ediblər.
Putin Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.
Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə olub.
Bu arada telefon danışığı ilə bağlı Türkiyə Cümhurbaşkanlığı da açıqlama yayıb.
Bildirilib ki, telefon danışığında Türkiyə-Rusiya münasibətləri, həmçinin Azərbaycan-Ermənistan məsələsi, Suriya və Liviyadakı vəziyyət müzakirə olunub.
Türkiyə Prezidenti Ərdoğan Azərbaycan torpaqlarına hücum edərək, yeni gərginlik yaratmış Ermənistanın 30 illik işğalı davam etdirməyə çalışdığını qeyd edib. Ərdoğan Türkiyənin həm Minsk qrupu üzvü, həm də ikili münasibətlər çərçivəsində bu məsələnin həllinin tərəfdarı olduğunu ifadə edib.
Virtualaz.org
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar