Sizin Reklam Burada

İlham Əliyev Qarabağda xüsusi əməliyyatın davam etdiriləcəyini bəyan etdi - “ERMƏNİ XALQI REAL VƏZİYYƏTİ BİLMƏK İSTƏYİRSƏ, BİZİ DİNLƏMƏLİ VƏ EŞİTMƏLİDİR”

16-10-2020, 08:20   


“Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılardan azad edildi”.
Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində deyib.
“Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti yeni bəyanatların yaxın gələcəkdə düşməni daha da şoka salacağını söyləyib.
"Erməni xalqı həqiqəti bilməlidir. Ən dəqiq məlumatları biz veririk. Buna görə də erməni xalqı real vəziyyəti bilmək istəyirsə, bizi dinləməli və eşitməlidir", - deyə İlham Əliyev vurğulayıb.
Virtualaz.org
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar