Sizin Reklam Burada

Gəncəyə SKUD ballistik raketi atılıb: zərbə anının görüntüləri

17-10-2020, 08:43   


Gəncəyə bugünkü raket hücumunun görüntüləri yayılıb.

Bu arada Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yeni mesaj yazıb.
Mesajda deyilir: “ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKUD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı SKUD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”.
Virtualaz.org
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar