Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənilər BMT TŞ iclasından narazı qalıblar - belləri qırıldı SON DƏQİQƏ

21-10-2020, 08:54   


Qondarma "dqr" rəhbərlərinə aid telegram səhifəsində ermənilər üçün QARA XƏBƏR paylaşılıb.
BMT TŞ (Təhlükəsizlik Şurası) iclası barədə bunlar yazılıb: "BMT TŞ "Arsax" la bağlı heç bir qərar vermədi. Təhlükəsizlik Şurasının 19 oktyabr tarixli qapalı iclasında tərəflər gözlənilən bəyanat və onun formulası ilə bağlı konsensus əldə edə bilməyiblər..."
Qeyd edək ki, BMT TŞ -nin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş iclasının ideyası və prosedur üzrə təklifi ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa tərəfindən irəli sürülmüşdü.
ABŞ saatı Bakı vaxtından 9 saat geri olduğu üçün iclas bizə görə gec zamanlara təsadüf edib.
İclas haqqında ilk anonsları da Ermənistan tərəfi yayıb. Çünki onlar BMT TŞ iclasına bir qurtuluş şansı kimi baxırdılar. Anlaşılan budur ki, bu şansı da itiriblər.
BMT TŞ ermənilərin belini qırdı, deyə bilərik.
TŞ iclası və onun gedişatı haqqında yazını isə bu linkdən oxuya bilərsiz.
https://musavat.com/news/bmt-ts-dagliq-qarabagda-ateskese-nezareti-muzakire-edib_745957.html
 Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar