Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qud bay, Paşinyan!”: Putinlə Ərdoğan regionu necə şəkilləndirir? - İki görüşün şifrələri...

25-10-2020, 09:00   


 

“Təbii ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz…” -  Rusiya prezidenti Vladimir Putinin “Valday” klubunda səsləndirdiyi bu tarixi kəlmə altından qırmızı xətlə çiziləcək sözdür və “Qarabağ Azərbaycandır və nida” mənasını ehtiva edir.

Başqa sözlə desək, Putin Ermənistanın baş nazirinə “Qud bay, Paşinyan!” söyləmək istəmişdi və nöqtə qoymuşdu. Beləliklə, bütün kartlar və şifrələr açıldı.

Azərbaycanın tarixi torpaqlarını azad etməsi üçün ən böyük əngəl və aysberq çoxdan əriyib, şənimizə xoşxassəli fikirlər səsləndirməkdədir.

Anaxeber.info-nun Siyasi Bürosunun müharibənin bir ayının tamamı ərəfəsində gəldiyi qənaət ondan ibarətdir ki, region yenidən şəkillənir.

Bu, Rusiyanın Ermənistanı, Ermənistanın Rusiyanı müttəfiq olaraq itirməsi ilə müşayiət olunur. Kreml sədaqətsiz müttəfiqi bağışlamadı.

Xarici işlər nazirlərinin ABŞ səfərindən əvvəl Moskvaya gedişi, Pompeo ilə görüşdən bir gün qabaq isə Putinin “Valday”da söylədikləri əsas yaradır ki, Kreml Qarabağın açarlarını sahibinə qaytarır və İrəvan ömürlük cəzalanır. Bu, haradasa Paşinyanın ürəyindəndir.

O, ölkəsini Rusiyanın vassalı olmaqdan xilas etmək istəyir. Amma necə, alınacaqmı, “Artsax”ın itirilməsi ilə ermənilər barışacaqmı...

Əlbəttə, Paşinyanın xalqına deməyə sözü var - rus bizi satdı, kömək etmədi, nə edə bilərik, “qəhrəman ordumuz” döyüşdü və hər növ müasir silahla təchiz edilmiş Azərbaycana məğlub olduq. İndisə yolumuz Qərbədir...

Rusiya lideri “Valday”da daha sonra əlavə edir ki, Türkiyə ilə işləmək xoşdur. Bu da sevindirici açıqlamadır.

Moskva Ankara ilə uzlaşmaq, əl-ələ vermək istəyir və heç kimə, heç nəyə lazım olmayan, xeyirsiz Ermənistana görə Türkiyə ilə düşmən olmaq, Cənubi Qafqazda qoşunlarını burun-buruna gətirmək istəmir.

Əksinə, regionda yeni siyasiiqtisadi konfiqurasiya formalaşır: Rusiya-Türkiyə və Azərbaycan...Bu ittifaqa İranın qoşulması əşşədü-ehtiyacdır.

Putinin çıxışında üçüncü vacib tezis isə hər iki tərəfə gündəlik zənglərdir: “Həm Əliyevlə, həm Paşinyanla çox sıx əlaqə saxlayıram. Gündə bir neçə dəfə onlarla telefonla danışıram. Gündə bir neçə dəfə...”

Deməli, Paşinyanın Putinə aramsız zəngləri, yalvarışları bir qədər şişirdilmiş informasiyalardır. O, məğlub ordusunu və xalqını da götürüb üzü Avropa İttifaqına yol almaq arzusundadır.  

Amma Putin prosesi nəzarətində saxladığını işarə verir. Hər gün tərəflərə zəng etməklə müharibənin ABŞ və Fransa yox, onun diqqətində olduğunu söyləməyə çalışır.

Bu, həm də diplomatik gedişdir - yəni görürsünüz, onlara zəng edirəm, atəşkəsə çağırıram, amma sakitləşmirlər. O anlama gəlir ki, müharibəni Rusiya başlamayıb, Rusiya da başa vursun.

Ancaq bunu üçün gündə bir neçə dəfə ölkə rəhbərlərinə zəng etmək nə mənədir? Sanki baş qərargah rəisidir və davamlı yerlərlə əlaqə saxlayır.

Putinin bu mesajı ABŞ-a idi. Birdən XİN başçıları Pompeo ilə görüşdə mənsiz qərar verərlər. Elə Vaşinqton səfərindən iki gün əvvəl nazirlərin Moskvaya çağırılması da xəbərdarlıq idi ki, Rusiyasız sülh olmaz.

Ancaq bu səylər tamamilə fəlsəfəsini itirməkdədir. Onsuz da Pompeo ilə görüşdə ciddi nəticə olmayacağı öncədən bəlliydi.

Elə bizim nazir Ceyhun Bayramov da ABŞ dövlət katibinin nəzərinə çatdırıb ki, nəticəsiz qalan köhnə formata qayıtmaq fikrimiz yoxdur.

Beləcə, Ermənistan XİN başçısı Zöhrab Mnastakanyan Rusiyadan da, Amerikadan da Paşinyanın yanına boş çemodanla qayıdır. Sülh yoxdur!

Anaxeber.info yazır ki, bunun dalınca qondarma xunta rejiminin başçısı Araik Arutyunyanın Putinə məktub yollaması, kömək istəməsi kapitulyasiyanın ilk addımlarından biri kimi qiymətləndirilə bilər.

Moskva isə Paşinyanın və Araikin göz yaşlarına inanmır, “Qud bay, Armeniya” deyərək şəstlə əl yelləyir. Çünki ermənilər ruslara gərək deyil.

Axı hansı iqtisadi potensialı, yeraltı sərvətləri, qeyri-neft sektorunda istehsalı var ki, Ermənistanla müttəfiqliyə görə özünü iki türk ölkəsi qarşısında pis eləsin?!

Türkiyənin yüngül sənayesinin Rusiya bazarlarına ayaq açması, ikitərəfli layihələrin genişlənməsi, yeni bazarlar fürsəti Putini şirnikləndirir ki, Ərdoğanla regionun xəritəsini yenidən çəksinlər.

Özünün də dediyi kimi, Türkiyə ilə işləmək xoşdur. Ermənistan isə Qərbdə nicat axtarmalı olacaq. Çünki Ankaranı qəzəbləndirməklə xətaya yol verdi. Nədən ibarət idi bu səhv?

Yada salaq, Paşinyan “Avropa bunu yaxşı bilməlidir ki, Türkiyəni Şimali-şərqdə və Cənubi-şərqdə durduran son əngəl Ermənistandır” demişdi.

Paşinyanın Şimali-şərq dediyi yer Qarabağ, işğal altındakı Azərbaycan torpaqları, Türkiyə ilə Azərbaycanın quru əlaqəsini kəsən o coğrafiyadır.

Cənubi-şərq dediyi yer isə İraq və Suriyanın şimalı, Türkiyənin şərqi və cənubi-şərqidir. Birincisində Türkiyə ilə türk dünyası arasındakı quru əlaqəsi kəsilir, Türkiyə üçün Şərq qapısı bağlanır.

İkincisində isə Türkiyə cənubdan mühasirəyə alınır, cənub qurşağı ilə, müsəlman ərəb dünyası ilə quru əlaqəsi kəsilir.

Türkiyə üçün Cənub qapısı bağlanır. Böyük səhv idi. Türkiyəni hiddətləndirmək ağılsız siyasətçinin işi ola bilər. Rusiya belə onu qəzəbləndirmir, erməni dığası isə sərkərdə Ərdoğana meydan oxuyur.

İndi onu heç kim, uzun müddət ağası olmuş Rusiya da xilas edə bilməz. Paşinyan tibbi terminlə desək, aqoniyadadır, yəni həyatın klinik ölümlə müşayiət olunan son akkordları...


Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar